Saxlanılan tələbə: "Bizdən üzr istəməyimizi tələb etdilər"
"Tələbə Güc Mərkəzi"nin sədri Əhməd Məmmədli fevralın 1-də Lənkəran Dövlət Universitetinin qarşısında bəyanat oxuyarkən saxlanılıb. Əhməd Məmmədli ilə birlikdə başqa 4 tələbə də saxlanılıb. Bəyanatı oxumaqda məqsədi Lənkəran Dövlət Universitetindən tələbələrin problemlərinin həllini tələb etmək olub. Əhməd Məmmədli baş verən hadisə barədə Amerikanın Səsinə danışıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, tələbələr barədə inzibati xətəlar məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. «Onlar barəsində toplanan materiallar məhkəməyə göndərilib. Lənkəran şəhər məhkəməsinin qərarı ilə 4 şəxsin hər birinə xəbərdarlıq edilib və daha sərbəst buraxılıblar».
Episodes
-
Dekabr 13, 2024
Kyivdə “Silahlı Qüvvələr üçün pul” aksiyası keçirilib
-
Dekabr 13, 2024
Məhkəmə “Meydan TV” jurnalistlərini həbsdə saxladı