Accessibility links

Restoran biznesini ağac emalına dəyişən qadın


Restoran biznesini ağac emalına dəyişən qadın
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Amerikadakı bir çox insan kimi, keçmiş ulduz restoran sahibi Karli Steyner da pandemiya səbəbindən işini itirdi. Ancaq o, ağac emalı ilə özünə yeni məqsəd tapmağı bacardı.

“Onlar belə başladılar - şəklin “əvvəlki” vəziyyətini buradan əldə edə bilərsiniz. Tamamilə tozlu, çirkli və köhnə. İndi isə belədir!”

Bu gün ağac emalı işçisi Karli Steyner taxtadan xüsusi ev əşyaları hazırlayır - onun bəndləri və doğrama lövhələri xüsusilə məşhurdur. O, bəzi işlərini bir ştata və ya ölkəyə çevirir.

"Və budur, ekzotik ağacdan hazırlanmış bir doğrama lövhəsi" – deyə, Karli Steyner bildirir.

Yalnız altı ay əvvəl Vaşinqton şəhərində uğurlu bir restoran sahibi idi. Onun “Himitsu” adlı restoranı ABŞ-ın ən yaxşı 12 restoranından biri kimi “Bon Appetit” jurnalında yer almışdı. Və bu gənc təşəbbüskar haqqında restoran bələdçisi Zagat və Forbes jurnalında yazılar dərc olunmuşdu.

“Məzun olan kimi Xose Andres ilə Barminidə bir işə başladım. Bu, həqiqətən də karyeramda sıçrayış idi. Onsuz bu günkü yerdə olacağıma əmin deyiləm. Mən bunu bütün restoranlarını itirən biri kimi deyirəm” – deyə, Karli bildirib.

Ancaq koronavirus pandemiyası Steynerin üzərində çox çalışdığı hər şeyi əlindən aldı. Restoranı bağlayandan sonra Vaşinqtonda bahalı yeri icarəyə götürə bilmədiyi üçün köçməyə qərar verdi. Növbəti həftələrin çoxunu reallıqdan qaçmağa çalışaraq “playstation” oynamaqla keçirdi.

“Hiss etdim ki, bir gün edə bilməyəcəyimi başa düşdüm... Özümü ələ almaq məcburiyyətindəyəm, həyatımla belə edə bilmərəm. Və o zaman mən ağac emalı sahəsinə düşdüm. Bu, internetdən pulsuz əldə etdiyim şkafla birlikdə çox ağılsız bir başlanğıc idi. Və düşündüm - bunu təkrar düzəldib yenidən satacağam, 200 dollar qazanacağam! Hələ qarajımda oturur ha! Ancaq həqiqətən xoşuma gələn hissə onun hazırlanmağı idi!” – deyə, Steyner qeyd edib.

Karli sıfırdan başladı - pandemiyadan əvvəl əlində heç bir elektrik mişar tutmamışdı. Qarajını bir emalatxanaya çevirdi və işə başladı.

“YouTube” videolarına baxırdım, sadəcə Google-da axtarış edirdim... Ancaq bu, sınamaq və səhv etmək metodu idi!" - deyə, Karli sözünə davam edir.

Ağac emalı Steyneri köhnə işinə də qismən geri qayıtmağa ilhamlandırdı. “Seco Cocktails” adlı kokteylin hazırlanması ilə əlaqədar bir sıra onlayn dərslərə başladı – bütün bunları ağacdan hazırlanmış xüsusi ev əşyaları hazırlayarkən edirdi!

“Bax, hər kəsin kokteyli var! Əla!

“Hər kəs qoşula bilər - bu artıq kokteyl kollektividir, ona görə də gələn insanlar kokteyli çox sevirlər. İnsanlara kokteyli sevməyi öyrətmirəm. İnsanlara evlərində ən yaxşı kokteylləri necə hazırlamağı öyrədirəm!” – deyə, Karli qeyd edir.

Steyner pandemiya bitdikdən sonra kokteyl dərslərini və ağac emalı işlərini davam etdirməyə ümid edir. Ancaq o, restoran işi ilə məşğul olmayacağını deyir. Ən azından indilik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG