AXCP sədrinin mühafizəçisinin məhkəmə işi üzrə hazırlıq iclası keçirilib
26 fevral Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə hazırlıq iclası keçirilib. Niyaməddin Əhmədov özünü təqsirli bilmədiyini deyib. Niyaməddin Əhmədov ötən ilin aprel ayında karantin qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin (214. 1 terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.
Episodes
-
Oktyabr 12, 2024
"Oktyabr sürprizi" nədir?
-
Oktyabr 11, 2024
İsrail-HƏMAS münaqişəsi - media işçiləri üçün ölümcül il