Accessibility links

Xocalı faciəsindən 29 il keçir


Xocalı faciəsindən 29 il keçir
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 29-ci ildönümü qeyd edilir. Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, on minlərlə insan Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən “Ana fəryadı” abidəsini ziyarət edib. Koronavirus pandemiyası səbəbindən ictimaiyyətin "Ana fəryadı" abidəsini ziyarəti bu il əvvəlki illərdən fərqli olub. İnsanlar infeksiyaya yoluxmamaq üçün tibbi maskalardan istifadə edib. Ziyarətçilər sosial məsafəni qorumağa və beş nəfərlik qrup halında hərəkət etməyə çağırılıb. Abidənin üzərində Xocalı faciəsi zamanı həyatını itirmiş insanların adları həkk olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni qüvvələr tərəfindən silahlı nəzarətə götürülüb. Şəhərin ələ keçirilməsi zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla çox sayda dinc insan qətlə yetirilib. Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı faciəsi barədə faktlar yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.

XS
SM
MD
LG