Accessibility links

Rusiyada qadınların bəzi işlərə çıxışını qadağan edən qanun ləğv olunub


Rusiyada qadınların bəzi işlərə çıxışını qadağan edən qanun ləğv olunub
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Rusiyada yük maşını sürücüsü, gəmi sürücüsü və ya pilot olmaq istəyən qadınlar üçün yeni bir dövr başlayır. Rusiya hökuməti daha öncə Sovet dövrünə aid əmək qanunları altında qadağan olan bir neçə yüz peşəni qadınlara açıldığını elan edib.

Bu günlər Moskvanın əfsanəvi metrosunda yenilik var.

Qadınlar təxminən son 20-30 ildə ilk dəfə olaraq qatar sürməyə başlayıblar.

“Yerli qəzetdə metro işçiləri üçün elan var idi. Elanda sürücü vəzifəsinə qadın namizədlərin axtarıldığı deyildir. Mən onlara ilk zəng edənlərdən idim,” metro sürücüsü Kristina Vakulenko deyir.

Metro bələdçisi hökumətin Sovet dövründə aid və qadınları reproduktiv qabiliyyətləri üçün təhlükəli hesab olunan peşələrdən uzaq tutan qanunu ləğv etməsindən sonra qadınlara açılan 350-dən çox iş yerindən biridir.

Bu dəyişiklik son on ili bu qanuna qarşı məhkəmələrdə mübarizə aparan qadın hüquqları müdafiəçiləri və istədikləri peşəni seçmək istəyən qadınlar üçün qələbə hesab olunur.

“Mən sürücülük vəsiqəmim olmasına baxmayaraq hələ də işləməyimə icazəmin olmadığını öyrəndim. Ələbəttə ki, mən çox qəzəbli idim. Mən hətta hökumətin mənim oxumağıma və işləməyəimə icazə verməyəcəyini düşündüm. Bu gülməlidir,” yük maşını sürücüsü Evgeniya Markova deyir.

Bu hər zaman belə olmayıb.

Sovet İttifaqı qadın haqları sahəsində kapitalist Qərbdən daha böyük irəliləyişlər əldə edib və onları bərabər hüquqlar, təhsil və əmək qüvvəsinə çıxışla təmin edib.

Bu, İkinci Dünya Müharibəsinin ən qaranlıq günlərində ölkənin müdafiə sənayesində mühüm rol oynayıb.

Feminist haqları müdafiəçiləri deyir ki, qadınlardan gözləntilər hər zaman həm karyera sahibi olmaq həm də ailə qurmaq olub.

“Sovet ittifaqının əsas şüarı o idi ki, kişi və qadınlar işçi qüvvəsi kimi bərabər hüquqlara malik idilər. Amma bu doğru deyil. Sovet ittifaqında və Rusiyadakı hər zaman reallıq o olub ki, qadınların ikiqat vəzifələri var,” qadın haqları fəalı Alyona Popova bildirir.

Bu gün isə bərabər hüquqlar uğrunda mübarizə hələ də başa çatmayıb.

Rusiyada qadınlar orta hesabla kişilərdən 30 faiz daha az maaş alırlar ki, bu da sənayeləşmiş ölkələr arasında ən böyük göstəricidir.

Rusiya məişət zorakılığının bəzi hallarına görə cinayət məsuliyyətini ləğv etdiyinə görə kəskin tənqidlərlə üzləşib. Tənqidçilər deyir ki, bu, hökumətin qadınların həyatlarına təhlükədən asılı olmayaraq ənənəvi Rusiya ailələrini qorumaq səylərinin bir hissəsidir.

Bu arada isə rəy sorğuları və həyat təcrübəsi gender münasibətlərini dəyişməyin qanunları dəyişməkdən daha çətin olduğunu göstərir.

“Bəzən 50-60 yaşlı yük maşını sürücüləri bununla razılaşmadıqlarını söyləyirlər. Ola bilər, bu sizin haqqınızdır. Sağ olun!” yük maşını sürücüsü Evgeniya Markova deyir.

Əslində qadınların hətta indi təxminən 100 iş yeri, o cümlədən yeraltı mədən və tikinti sahələrində işlərə çıxışları yoxdur.

Əmək qüvvəsinə yenidən qoşulmaq uğrunda mübarizə aparan və bu mübarizədə qalib gələn qadınlar deyir ki, bu məhdudiyyyəti aradan qaldırmaq da onların növbəti hədəfidir.

“Məncə bütün peşələrə çıxış açıq olmalıdır, çünki qadlnların hansı peşənin onlar üçün doğru olub-olmadığına qərar vermək hüququ var,” Volqa Qayığının kapitanı Svetlana Medvedeva bildirir.

Amma hələ ki, qadınlar üçün yeni peşələrin əlavə olunması illərdir üzərində aparılan mübarizədə bir qələbədir və müəyyən mənada da kommunist dövrünün başında edilən bir vədin həyata keçirilməsidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG