COVID-19-dan əvvəl Amerika özünü bir sağlamlıq böhranları üçün dünyanın ən yaxşı hazırlanmış ölkələrindən biri hesab edirdi. Pandemiya bunun əksini sübut etdi. Böhrandan bir il sonra yarım milyondan çox amerikalı ölüb.
2020-ci ilin may ayının əvvəlinə qədər ABŞ sənayeləşmiş Böyük Yeddilər arasında faiz baxımından ən çox COVID-19 xəstəsinə sahib idi.
Amerika Birləşmiş Ştatları ölüm hallarına görə dünyada üçüncü yerdədir.
"Amerikanın ictimai sağlamlığa davamlılığının COVID-19 ilə tamamilə uğursuz olduğu göstərildi. Biz dünyanın ən zəngin və pandemiyada cavabda ən yoxsul ölkəsiyik. Bu, bağışlanmazdır" - deyə, Georgetown Universiteti Sağlamlıq Mütəxəssisi Lorens Qostin bildirib.
Qostinin dediyinə görə, ABŞ-ın illərdir maliyyə və işçi heyəti baxımından aclıq keçirən ictimai sağlamlıq sistemi pandemiya yükünü qaldıra bilmədi. Ancaq o və digərləri günahın böyük bir hissəsini keçmiş prezident Donald Tramp administrasiyasının boynuna atıb.
"Bu, elmə söykənməyən, yaxşı təşkil olunmayan və ictimaiyyətlə açıq şəkildə əlaqə qurulmayan bir cavab idi" - deyə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin sabiq direktoru Tom Frayden bildirib.
"Fərz edək ki, istər ultrabənövşəyi, istərsə də çox güclü bir işıqla vücudumuza böyük bir zərbə vururuq. Siz dediniz ki, yoxlanılmayıb, amma sınaqdan keçirəcəksiniz", Tramp demişdi.
Ekspertlər etibarsız müalicə üsullarını təbliğ edən, elm adamlarını kənarlaşdıran və təməl profilaktikasını siyasiləşdirən Trampın Amerikanın pandemiyaya qarşı reaksiyasına lazımı cavab verməməkdə günahlandırır.
Tramp tarixdə ən sürətli peyvənd inkişafına investisiya yatırıb və dividentlər artıq ödənməyə başlayıb.
Lakin Co Bayden yanvar ayında prezident vəzifəsinə başladığından mütəxəssislər nəzərəçarpacaq dərəcədə rahatladılar.
"Müqayisədə ,bu gecə ilə gündüzdür", Qostin bildirib.
"Birinci gün bir plan hazırlandı. Bütöv bir il üçün planımız yox idi. Və bu, yaxşı bir plan idi", doktor Entoni Fauci deyib.
"Buradan qalxıb bildikləriniz, dəlilləriniz, elminiz haqqında danışa biləcəyiniz və bunun olduğunu bildiyiniz fikri bildirin, elm danışsın, bir az azadlıq hissi verir."
Ancaq elm deyir ki, hələ yol çox uzundur. İnfeksiya nisbəti azalır, ancaq təhlükəli variantlar yayılır. Peyvəndlər paylanır, ancaq vurdurmaq çətindir. Bu da irqi bərabərsizliklərlə izah edilir. Peyvənd tərəddüdü çoxalsa da, yenə də narahatlıq doğurur. Virus tezliklə aradan qaldırılmayacaq. Ancaq Qostin bunun daha idarəolunan olacağını deyir.
"Biz sayıq olmalıyıq. Həddindən artıq olmayacaq, amma COVID-19 ilə yaşamağı öyrənəcəyik. Və bununla ağlabatan şəkildə yaşayacağıq."
Bir il keçdi. Bəlkə daha çox şey baş verəcək. Ancaq alimlər bunun indikindən pis olmayacağını düşünür.