Accessibility links

Qadınlara qarşı məişət zorakılıqları ilə mübarizə aparan əfqanıstanlı qızın hekayəsi


Qadınlara qarşı məişət zorakılıqları ilə mübarizə aparan əfqanıstanlı qızın hekayəsi
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Əfqanıstanda qadınların təxminən 52 faizi evlərində zorakılıqlara məruz qalır.

Şakila Zərin 15 yaşında vətəni Əfqanıstanda ərə verilib. 16 yaşında əri ona atəş açaraq, üzündə ömürlük çapıq izləri qoyub.

“Bəzən üzümün düzəldildiyi bir möcüzə ilə oyanmaq istəyirəm. Ancaq oyandığımda heç möcüzə baş vermədiyini görürəm” - deyə, Zərin bildirib.

Lakin o, təhlükəsizlik, azadlıq və daha yaxşı bir həyat uğrunda mübarizəni dayandırmadı. 2013-cü ildə Zərin arzusunu yerinə yetirdiyi Kanadadan sığınacaq alıb.

“Təhsilim yarımçıq qalmışdı. Ancaq Kanadadan sığınacaq aldıqdan sonra yenidən məktəbə getmək xəyalını qurdum. Məktəbin ilk günü sinif yoldaşlarımın yanında oturanda ağladım. Lakin bu, sevinc göz yaşları idi. ”

Kanadanın Baş naziri Castin Trudo Zərin ilə görüşdükdə ona tam dəstəyini vəd edib.

“Bir çox şeydən əlavə Kanada hökumətinin mənə ən böyük yaxşılığı üzümü müalicə etməsi oldu. İndiyə qədər 15 əməliyyat keçirilib. ”

Zərin ərinin vəhşi hərəkətlərinə baxmayaraq, səsinin Əfqanıstanda çox da əhəmiyyətli olmadığını deyir. İndi isə o, ictimai çıxışlar yolu ilə minlərlə eşidilməyən səslər uğrunda mübarizə aparır.

“Burada Kanadada mən bir natiqəm. Zorakılıqla üzləşən qadınlara ədalət tələb edirəm, həyatımın və mənim kimi əzab çəkən digər əfqan qadınların həyatının bütün dünyaya ağrılı hekayəsini izah edirəm. ”

Zərin məişət zorakılığına qarşı mübarizə aparan qrupların dəstəyini əldə edib.

“Təqdimata necə hazırlaşacağına dair ona bir az dəstək verdik və bu sahədə çox fəal oldu. Hekayəsini yalnız Kanadada deyil, çəkinmədən dünya ölkələrində qadınlara qarşı zorakılıq mövzusundan və bunun öz həyatına təsirindən danışır” - deyə, insan haqları müdafiəçisi, doktor Larin Oats bildirib.

Zərin deyir ki, icmalar bu qlobal problemlə mübarizə aparmaq üçün birləşməlidir.

“Şakila dünyanı təkbaşına dəyişdirə bilməz. Zorakılıqla üzləşən bütün qadınlar bir araya gəlməlidir. Ağlamamalı, evlərimizdə qalmamalıyıq, çünki bu, problemlərimizi həll etmir. Bunun əvəzinə, qadına qarşı zorakılıqlara əl atanlara qarşı bir olmalıyıq.”

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG