"Sovetski" sakinləri Yasamal Rayon İcra Hakimiyyəti qarşısında etiraz edib
Martın 9-da Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlər Yasamal rayon icra hakimiyyətinin binası qarşısında toplaşıblar. Vətəndaşlar deyir ki, onların evləri dəyərindən aşağı məbləğdə qiymətləndirilib, torpaq pulları verilməyib və evlərindən zorla çıxarılıblar. Etiraz edən sakinlər bu günə qədər aidiyyəti dövlət qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmadığını bildiriblər. Onlar deyir ki, tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər. Etirazlardan sonra şikayətçilərdən 4 nəfər Yasamal rayon icra hakimiyyəti tərəfindən qəbul edilib.
Episodes
-
Sentyabr 20, 2024
Qubad İbadoğlu Saxarov mükafatına namizəd göstərilib
-
Sentyabr 20, 2024
ABŞ-nin tarixi mərkəzində Azərbaycan Evi
-
Sentyabr 19, 2024
"Ən ali orqan məhkəmədir, onun da sözünə baxan yoxdur"
-
Sentyabr 19, 2024
Həyatlarında iki dəfə qaçqın olan Tatyana və Zauri
-
Sentyabr 19, 2024
98 gündür aclıq edən Fazil Qasımovun həbsinə xitam verilməyib