Accessibility links

Coca-Cola Azərbaycan şirkətinə ABŞ Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatı təqdim edilib


C
C

Bu gün, martın 10-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Coca-Cola Azərbaycan şirkətinin baş meneceri Rena Məmmədova və Coca-Cola şirkətində digər rəhbər vəzifələrdə çalışan şəxslərlə birlikdə “Qadınları Gücləndirmək üçün Tərəfdaşlıq” təşəbbüsünün əhəmiyyətini qeyd edən tədbirə qatılıb.

ABŞ Səfirliyi Facebook səhifəsində bildirib ki, bugünkü tədbir zamanı səfir Coca-Cola Azərbaycana Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatını təqdim edib.

“Mükafat hər il yerli icmaların həyatını yaxşılaşdırmaq üçün üstün öhdəlik nümayiş etdirən üç qlobal şirkətə verilir. Mart ayı boyunca Qadınların Tarixi Ayını qeyd etməyə davam edərkən, Coca-Cola Azərbaycanın qadınların gücləndirilməsi kateqoriyasında qalib gəldiyi üçün qürur duyuruq. Coca-Cola Azərbaycanda bu nüfuzlu mükafatı qazanan ilk şirkətdir. Coca-Cola Azərbaycan,təlim proqramları ilə kənd yerlərində azərbaycanlı qadınları gücləndirməklə yanaşı, istedadlı və bacarıqlı qadınları təşkilat daxilində də rəhbər vəzifələrə gətirmişdir,” səfirliyin məlumatında qeyd edilir.

Coca-Cola Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış spirtsiz içki markasıdır. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Corciya ştatının Atlanta şəhərindən olan çoxmillətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərir

İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazanıb. Soyuq Müharibənin ardınca Sovetlər Birliyində və Şərqi Avropada istehsal və satışa başlayıb, bu bölgələrdə spirtsiz içki bazarında güclü vəziyyətə gəlib.

Coca-Cola Azerbaijan şirkəti 1996-cı ildə yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG