Rəbiyyə Məmmədova polis bölməsində aldığı xəsarətlərdən danışır
"8 Marş" qadınların etiraz yürüşü aksiyanın polis tərəfindən dağıdılması, iştirakçıların həbsi, plakatı cırmaq üçün tullanan polis əməkdaşı ilə yadda qaldı. Feministlər martın 8-də keçirilən aksiya zamanı polis tərəfindən müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qaldıqlarını deyiblər. Məlumata görə, ümumilikdə 25 iştirakçı saxlanılaraq polis bölmələrinə aparılıb. İctimai fəal Rəbiyyə Məmmədova, ona aksiyaya getdiyi zaman yolda özlərini polis əməkdaşları kimi təqdim edən iki mülki geyimli şəxs tərəfindən şiddət təqtbiq olunduğunu deyir. Amerikanın Səsinə verdiyi müsahibədə, ictimaii fəal aldığı fiziki zərbələr nəticəsində bədəninin müxtəlif yerlərində şiş və ağrıların olduğunu bildirir.
Episodes
-
Yanvar 25, 2025
Fazil Qasımovun növbəti məhkəmə prosesi baş tutub
-
Yanvar 24, 2025
Jurnalistlər Əziz Orucovun məhkəməsinə buraxılmayıb
-
Yanvar 24, 2025
Fərid İsmayılov həbsdə saxlanıb
-
Yanvar 24, 2025
“Alovdan Doğuldular” – müharibə qəhrəmanlarına həsr olunan sərgi
-
Yanvar 24, 2025
Azərbaycanlı tələbələr niyə təhsil üçün Türkiyəni seçirlər?