Nohur gölü
Nohur gölü Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində - Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m olan torpaq bənd çəkilərək su anbarı yaradılıb. Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqışlaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məskunlaşdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir. Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40-50 sm.-ə çatırdı. Bundan istifadə edən yaxınlıqdakı Nohurqışlaq kəndinin əhalisi canlı qüvvə və texnikanın gücü ilə üzərindən keçməklə gölün şimalındakı göy dağdan oduncaq və tikinti materialları daşıyıb gətiriblər. Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007-2008-ci ilin qışında da təkrar olunub.
Episodes
-
Oktyabr 14, 2024
"Cerrimanderinq" nədir?
-
Oktyabr 14, 2024
Gürcüstan azərbaycanlıları quru sərhədin bağlı olması haqda danışır
-
Oktyabr 14, 2024
Şükruti kənd sakinləri Gürcüstan parlamenti önündə etiraz edirlər
-
Oktyabr 14, 2024
Əli Kərimli: Məhkəmə süni şəkildə uzadılır
-
Oktyabr 13, 2024
Vaşinqtonda COP29 konfransına həsr olunmuş tədbir keçirilib
-
Oktyabr 12, 2024
“Fərqi yoxdur, böyük, ya balaca biznes, stress eynidir”