Accessibility links

"Həftə sonları nəqliyyatın işləməməsi insanların cibinə ziyan vurur"


"Həftə sonları nəqliyyatın işləməməsi insanların cibinə ziyan vurur"
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə xüsusi karantin rejiminin iyunun 1-dək uzadılması və həmin müddətədək həftə sonları ictimai nəqliyyatın işləməyəcəyi barədə qərar açıqlanıb. Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, metronun açılması yoluxmanın daha da artmasına gətirib çıxaracaq. Odur ki, hələlik, açılması nəzərdə tutulmayıb. Bakı sakinləri həftəsonları nəqliyyatın işləməməsi barədə Amerikanın Səsinə danışıblar. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən karantin rejimi tətbiq edilir. İndiyə kimi ümumilikdə 244 min 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb, onlardan 3 min 325 nəfər vəfat edib.

XS
SM
MD
LG