Accessibility links

Güneyli fəallar Azərbaycanda özəl həyat üzərindən müxaliflərin hədəf alınmasını qınayır


Bir qrup güneyli fəal birgə bəyanat imzalayaraq Azərbaycan Respublikasında müxalif qüvvələrin özəl həyatları üzərindən hədəf alınmasını qınayıb.

İran Azərbaycanından olan və əksəriyyəti Türkiyədə yaşayan 22 türk fəal, ziyalı, yazar və sənətkarın imzaladığı bəyanatda qeyd edilib ki, “son günlər bir çox örnəkdə gördüyümüz kimi bu çirkin hücumlarda təkcə dəyərli bilim və mücadilə insanımız Cəmil bəy Həsənli və qızı deyil, eyni zamanda Azərbaycan toplumunun özgür və adil şərtlərdə yaşamasını arzulayan hər kəs hədəf alınmışdır.”

Bəyanatda “qadınlar başda olmaqla insanların özəl yaşamı üzərindən hədəf alınmasının hər şeydən öncə bu olayları planlaşdıran və yönləndirən zümrənin nə sayaq bir əxlaqi çoküşün içində olduğunun göstəricisi olduğu” önə çəkilib.

Sosial mediada yayılan bəyanatı imzalayanlar, həmçinin təməl haqq və azalıqlara zidd olan anlayışı qınamaqla yanaşı, toplumu qarayaxma və şantaj siyasətinə qarşı həssas olmağa çağırıb, hakimiyyəti isə məsuliyyətli davranmağa dəvət edib.

“İnsanların, özəlliklə insan haqları aktivistlərinin, şəxsi həyatı üzərindən aparılan hücumlar itaət, özünüsenzura və qorxu kültürünü yaymaq, etiraz kültürünün yayğınlaşmasını əngəllənək, habelə müxalifətçiliyin maliyyətini artırmaq və siyasət sahəsini daraldaraq gücü bəlli azlığın əlində tutmaq amacına xidmət etməkdədir. Toplumdakı patriarxal anlayış və diskurs da bu sui-istifadə zehniyyətini bəsləməkdədir” - deyə, birgə bəyanatda vurğulanıb.

“Azərbaycan toplumuna müraciət” başlığı altında yazılan bəyanatı imzalayan fəallar bunlardır:

Behruz Əlizadə, Davut Turan, Fatma Dehqan, Həcər Kəbiri, Hilal Ulus, Höccət Qasımlı, Lalə Cavanşir, Məhəmməd Ənsari, Nasir Əlizadə, Rıza Ləkzadə, Rıza Talibi, Rıza Siyami, Səbur Kəbiri, Siddiqə Ədaləti, Səməd Purmusəvi, Seyfəddin Hatəmli, Simin Səbri, Şeyda Savalan, Toğrul Atabay, Umud Evrən, Vəhid Azar və Vali Süleyman Oğlu.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG