Accessibility links

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb


Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Rusiya ilə Ukrayna arasında gərginliyin artması ilə Türkiyə özünün ortada qaldığını görür. Rusiyadan COVID peyvəndləri və turizm gəlirləri gözləyən Ankara Kiyevin Türkiyə istehsalı hərbi pilotsuz təyyarələr almağa çalışması ilə çətin bir seçimlə qarşısındadır.

Ukraynanın Donbass bölgəsində Ukrayna və Rusiya qüvvələri qarşı-qarşıya gəldikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanı dəstəkləmişdi:

"Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə müdafiə etdik."

Ərdoğan bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İki ölkənin müdafiə sahəsində əməkdaşlıq müqaviləsi var və analitiklər Kiyevin Türkiyə istehsalı pilotsuz təyyarələr parkını genişləndirməyə çalışdığını deyir.

"Türkiyə pilotsuz təyyarələrinin Suriya, Liviya və Dağlıq Qarabağ kimi müxtəlif münaqişə bölgələrindəki son iştirakı Ukraynanın Donbass kimi kritik bölgələrdə bu pilotsuz təyyarələrdən istifadə və yerləşdirmə motivasiyasını stimullaşdırmış kimi görünür", müdafiə eksperti Arda Mevlutoğlu deyib.

Keçən il Türkiyənin hərbi pilotsuz təyyarələri Dağlıq Qarabağ regionu üzərində Rusiyanın dəstəklədiyi erməni qüvvələrinə qarşı mübarizədə Azərbaycana üstünlük vermişdi. Ancaq Ukraynada Türkiyə pilotsuz təyyarələrinin istifadəsi Türkiyə ilə Rusiya arasında gərginliyi artıra bilər.

“Düşünürəm ki, ukraynalılar Türkiyə pilotsuz təyyarələrini rus tanklarına və ya avtomobillərinə, yük maşınlarına qarşı istifadə etsə, onda problemimiz olacaq. Əlbəttə ki, Türkiyə daha 25 dron satacaq. Müqavilə var” - deyə, Xarici Siyasət İnstitutunun direktoru Hüseyin Bağcı bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaraya Ukraynaya bir daha silah satmaması barədə xəbərdarlıq verib.

Bu vaxt Rusiya COVID infeksiyası ilə əlaqədar narahatlıqlarını əsas gətirərək, Türkiyəyə uçuşları və turist səyahətlərinin əksəriyyətini müvəqqəti dayandırıb. Bəzi analitiklər bu addımı Moskvanın təzyiqinin əlaməti kimi qiymətləndirir.

Pandemiya Türkiyə-Rusiya münasibətlərinin mürəkkəbliyini bir daha vurğulayıb. Türkiyənin kifayət qədər vaksin əldə etmək çətinlikləri vaxtı Rusiyanın Türkiyəyə penvənd tədarük etməsi və onların birlikdə istehsal etməsi planları ilə bağlı müzakirələr davam edir.

“Görürük ki, Moskva və Türkiyə ilə münasibətləri münaqişələri həzm edə bilər. Onlar arasında iş birliyi çoxqatlıdır. Bu, Ukrayna-Türkiyə hərbi əməkdaşlığı kimi kiçik münaqişəli vəziyyəti aşa bilər”, Bonn Universitetindən Zaur Qasımov deyib.

Təhlilçilər hələlik ki, Rusiyanın Ukrayna ilə bağlı Türkiyəyə qarşı təzyiqlərini davam etdirdiyini, peyvənd əməkdaşlığından mükafat, turist səyahətlərində məhdudiyyətlərdən cəza kimi istifadə etdiyini deyir.

Siyasət və pandemiya normalda günəş axtaran ruslarla dolu Türkiyə kurortlarının bir müddət boş qalmasına səbəb olacaq.

XS
SM
MD
LG