Accessibility links

Urmiyədə həbs edilən alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb


Aydın Muradxani
Aydın Muradxani

3 həftə əvvəl Urmiyədə nəzarət altına alınan tədqiqatçı alim Aydın Muradxaninin müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Muradxani aprelin 14-də mühakimə prosesi tamamlanana qədər mülki zəmanət qarşılığında azadlığa buraxılıb.

İranın təhlükəsizlik qüvvələri alimi mart ayının 25-də saxlamışdılar. HRA-nın bildirdiyinə görə, o, sərbəst buraxılana qədər Tehran və Urmiyədə İslam İnqilabı Qvardiyasına (Sepah) məxsus həbsxanalarda sorğu-sual edilib.

“Aydın Muradxaniyə yaxın bir mənbənin məlumatına əsasən, o, Avropa universitetlərinə hərbi layihələr təqdim etməsi ilə əlaqədar dindirilib və etiraf etmək üçün basqılara məruz qalıb,” agentliyin xəbərində dərc edilib.

Sepahın kəşfiyyat şöbəsinin məmurları Muradxanini həbs etdikdən sonra onun kompüter, telefon, qatıldığı elmi müsabiqələrdə aldığı medallar və bir sıra şəxsi əşyasını müsadirə etmişdilər.

XS
SM
MD
LG