"Məhkəmədən ədalətli qərar gözləmirik"
Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə vəkillərin çıxışı ilə davam edib. Növbəti məhkəmə prosesi aprelin 20-ə təyin olunub. Bu iş üzrə təqsirləndirilən şəxslərdən iki nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Prokuror onların təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib. Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib. Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.
Episodes
-
Oktyabr 08, 2024
XTQ hərbiçiləri Prezident Administrasiyasının qarşısında etiraz edib
-
Oktyabr 08, 2024
Kitab sərgisi: Alıcılıq öncəki illərdən zəifdir