"Sovetski" sakinləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirib
Aprelin 15-də "Sovetski" adlanan ərazinin keçmiş sakinləri Milli Məclisin qarşısında toplaşıb. Onlar ödənilməmiş kompensasiyaların ödənilməsini tələb edib. Sakinlər evlərindən zorla çıxarıldıqlarını, alqı-satqı müqaviləsini bağlamağa məcbur edildiklərini, verilən kompensasiyanın az olduğunu və torpaq pulları onlara hələ də ödənilmədiyini bildirir. Etirazçılar bu günə qədər aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, şikayətlərinə baxılmadığını bildiriblər. Onlar tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklərini deyirlər. Daha sonra vətəndaşlar polis əməkdaşları tərəfindən avtobuslara mindirilərək ərazidən uzaqlaşdırılıb.
Episodes
-
Mart 28, 2024
"Sənətçilər hökumətlə xalq arasında bir körpüdür"
-
Mart 28, 2024
Ankarada Novruz bayramı qeyd olundu