Orduya dəstək yürüşündə saxlanılanların məhkəməsi davam edir
Aprelin 16-da Ağamalı Qafarovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə ikinci qrupun məhkəmə prosesi davam edib. Təqsirləndirilən şəxslər ittiham qəbul etmədiyini və siyasi sifariş olduğunu bildirib. Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Növbəti məhkəmə prosesi aprelin 23-ü, saat 10:30-a təyin olunub.
Episodes
-
Yanvar 24, 2025
Azərbaycanlı tələbələr niyə təhsil üçün Türkiyəni seçirlər?
-
Yanvar 24, 2025
Ukraynalılar Birlik Günündə qəhrəmanlarını anır
-
Yanvar 23, 2025
Məhkəmə jurnalist Natiq Cavadlını ev dustaqlığına buraxmadı