Accessibility links

Vətəndaşlar mənzillərinin təhvil verilməməsindən narazıdır


Vətəndaşlar mənzillərinin təhvil verilməməsindən narazıdır
please wait

No media source currently available

0:00 0:04:44 0:00

Abşeron rayonu, Xırdalan şəhərində yaşayan bir qrup vətəndaş "AAAF Park” yaşayış kompleksindən şikayətçidir. 2015-2016-cı illərdə AAAF Park yaşayış kompleksindən mənzil aldıqlarını və indiyə qədər təhvili gözlədiklərini bildirən sakinlər bu il də təhvilin 6-cı dəfə təxirə salındığını deyirlər. Sakinlərin sözlərinə görə, onlar kütləvi etiraz etməyə qalxdıqda ictimai asayişi pozduqlar əsas gətirilərək polislə qorxudulurlar. Şikayətçilərin iddiasına görə, “AAAF İnşaat” MMC tərəfindən illərdir vətəndaşları aldadılır. Vətəndaşlar Azərbaycan Prezidentinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, İqtisadiyyat Nazirliyinə, Milli Məclisə və Ombudsmana şikayət məktubu ilə müraciət ediblər. Lakin hələ ki, şikayətlərinə baxılmadığını deyirlər.

XS
SM
MD
LG