Accessibility links

"Şahid əleyhimizə ifadə vermədiyi üçün işgəncəyə məruz qalıb"


"Şahid əleyhimizə ifadə vermədiyi üçün işgəncəyə məruz qalıb"
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Aprelin 20-də Bakı Apelyasiya Məhkəməsində Ağamalı Qafarovun sədrliyi ilə Orduya dəstək yürüşündə 2020-ci il iyulun 14-də keçirilən aksiya ilə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Məhkəmədə şahid ifadələri dinlənilib. Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Baba Süleyman deyir ki, məhkəmədə barəsində cinayət açılan şahid Laçın Vəliyev də ifadə verib. Təqsirləndirilən şəxslərdən biri olan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü İsmayıl Həsənov bildirib ki, şahid Laçın Vəliyev Müsavat Partiyasının keçmiş üzvüdür, həm də Qarabağ yürüşündə iştirak edib. Şahid təqsirləndirilən şəxslər Asif Yusifli və Bəxtiyar İmanovun əleyhinə ifadə verməkdən imtina etdiyi üçün barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxslərdən olan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gündüz Mirzəyev düşünür ki, şahidlər təzyiq altında ifadə verib. Şahidlərin arasında onların əleyhinə ifadə verənlər olsa da, bunun əksini edənlər də var. Növbəti məhkəmə prosesi aprelin 27-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs olunan 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.

XS
SM
MD
LG