Accessibility links

"Şahidlər təzyiq altında ifadə veriblər"


"Şahidlər təzyiq altında ifadə veriblər"
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Aprelin 21-də Bakı Apelyasiya Məhkəməsində Ağamalı Qafarovun sədrliyi ilə Orduya dəstək yürüşündə 2020-ci il iyulun 14-də keçirilən aksiya ilə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Bugünkü məhkəmə prosesində 5 şahid, 2 zərərçəkmiş dindirilib. Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin sözlərinə görə, şahidlər hakimin və dövlət ittihamçısının təkidi ilə istintaq zamanı verdikləri ifadəni təsdiq ediblər. Növbəti məhkəmə prosesində digər şahidlərin dindirilməsi gözlənilir. Təqsirləndirilən şəxslərdən biri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, şahid ifadələrində ziddiyyətli məqamlar ortaya çıxıb. Onun sözlərinə görə, şahidlər polis bölmələrində saxlanılaraq təzyiq altında ifadə veriblər, bu ifadələr isə mötəbər sayıla bilməz. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, məhkəmədə bəzi şahidlərin ifadələrinin sübut siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər, lakin bu vəsatətlər təmin olunmayıb. Növbəti məhkəmə prosesi aprelin 28-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs olunan 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.

XS
SM
MD
LG