Accessibility links

"Xalq niyə hər gün küçələrə çıxıb öz haqqını tələb etməlidir?"


"Xalq niyə hər gün küçələrə çıxıb öz haqqını tələb etməlidir?"
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Aprelin 22-də “Sovetski” adlanan ərazinin keçmiş sakinləri Maliyyə Nazirliyinin önündə etiraz aksiyası keçirməyə cəhd edib. Şikayətçilər kompensasiyalarının ödənilməsini tələb ediblər. Onlar evlərindən zorla çıxarıldıqlarını, alqı-satqı müqaviləsini imzalamağa məcbur edildiklərini, verilən kompensasiyanın az olduğunu bildiriblər. Sakinlərin sözlərinə görə, onlar dəfələrlə aiddiyəti qurumlara şikayət etsələr də, müraciətləri cavabsız qalıb. Polis əməkdaşları etiraz aksiyanın qarşısını alıb və "Sovetski" sakinlərini Nazirliyin önündən uzaqlaşdırıblar. Sakinlər bildirib ki, məsələ ilə bağlı yerli məhkəmələrə şikayət ediblər, lakin məhkəmə onların iddiasını təmin etməyib. Onlar bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər. Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirldiyi iddialara münasibət bildirib. Nazirliyin açıqlamasında bildirilir ki, bu ərazidə vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, həmçinin həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

XS
SM
MD
LG