Accessibility links

ABŞ-da Müsəlman-Yəhudi tərəfdaşlığı iftar süfrəsini virtual olaraq birgə açır


ABŞ-da Müsəlman-Yəhudi tərəfdaşlığı iftar süfrəsini virtual olaraq birgə keçirir
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Müsəlmanların orucluq ayı olan Ramazanda insanlar hər axşam iftar zamanı ailələrii və dostları ilə birlikdə orucu açırlar. COVID-19 pandemiyası vaxtı bəziləri icma şənliklərini qeyd etmək üçün sosial şəbəkələrdə bir araya gəlir. Los Ancelesdəki bir təşkilat müsəlmanlarla yəhudilər arasında körpü yaratmaq məqsədilə virtual iftar tədbirindan istifadə edir.

Ramazan ayının hər günü iftar bir gün oruc tutduqdan sonra gün batanda dincəlmək zamanıdır.

Müsəlman iştirakçılardan biri deyir ki, bu Ramazan ayında Kaliforniyanın Los Anceles şəhərində qeyri-adi dinlərarası virtual bir iftar təşkil edir.

“Los Anceles bölgəsindəki üç fərqli sinaqoqdan azan səsləndirdik. Birincisi, bunun çox gözəl və çox güclü olduğunu düşünürdüm, ikincisi, bu, hamımız üçün birlik və bir cəmiyyət olduğumuzu ifadə etdi” – deyə, Dəyişiklik üçün Müsəlman-Yəhudi Tərəfdaşlığının iştirakçısı Adam Fəxri qeyd edib.

Virtual iftarın sponsoru NyuQround? Dəyişiklik üçün Müsəlman-Yəhudi Tərəfdaşlığı təşkilatldır və Los Anceles meri Erik Qarkettinin dəstəyi ilə builki tədbirlər onlayn olaraq keçirilir.

Buraya imamın və həyat yoldaşının ən çox sevdiyi iftar yeməklərini hazırlamasını izləmək üçün mətbəxə virtual səyahət və ravvin və həyat yoldaşının mətbəxinə əvvəlcədən hazırlanmış sevimli yeməkləri görmək üçün ziyarət daxildir. Ancaq iştirakçılar bildirir ki, iftar və Ramazan yalnız yemək və oruc tutmaq demək deyil.

"Düşünürəm ki, bunun bəzi mesajları fədakarlıq, səbr, şəfqətdir" – deyə, Adam Fəxri bildirib.

“Fərqli inanclar da daxil olmaqla başqaları ilə əlaqələri gücləndirmək” – deyə, bir yəhudi iştirakçı qeyd edib.

“Münasibətlərdən başlayırıq. Öz kimliyimizlə bağlı şəxsi hekayələrimizi paylaşmağa başlayırıq” – deyə, Dəyişiklik üçün Müsəlman-Yəhudi Tərəfdaşlığından David Vayner əlavə edib.

O deyir ki, fərqlilikləri qəbul edərək, fərdi anların paylaşılması, fələstinlilər və israillilər arasında tez-tez yəhudilərlə müsəlmanları bir-birindən ayıran çətin münasibətlər kimi mübahisəli məsələlərlə bağlı boşluğu aradan qaldırmağa kömək edir.

"Bu, həm də mənə tamamilə fərqli söz ehtiyatı və özümü necə ifadə edə biləcəyimi və çətin söhbətləri aparmaq bacaracığıverdi" – deyə, David Vayner bildirib.

Virtual və ya əyani olmağından asılı olmayaraq, bu kimi hadisələrlə davam edən qarşılıqlı əlaqələr iştirakçılara dinləməyi öyrədir.

"Çox vaxt razılaşa və razılaşmaya bilərsən, amma bu bir-birlərini başa düşmək və həqiqətən başqa bir insanı və onun fikirlərini anlamaq prosesinin bir hissəsidir" – deyə, Adam Fəxri qeyd edir.

Onların dediyi kimi, mənşəyi və dini nə olursa olsun, bu bacarıqlar insanlar üçün faydalıdır.

XS
SM
MD
LG