Gəncə məhbuslarının yaxınları etiraz aksiyası keçirib
Mayın 3-də Prezident Adminstrasiyasının qarşısında Gəncə məhbuslarının valideynləri etiraz aksiyası keçirib. Onlar Gəncə hadisələrinin ədalətli araşdırılmasını tələb edirlər. Etiraz edən ailələr "Gəncə məhbuslarına azadlıq", "zülmə son" kimi şüarlar səsləndiriblər. Polis əməkdaşları pandemiya səbəbindən Prezident Adminstrasiyasında qəbulun olmadığını bildirirək, iştirakçıların hərəkətinə maneə yaradıb. Daha sonra ərazidəki polis əməkdaşları etirazları Prezident Adminstrasiyasının ərazisindən uzaqlaşdırıb. Bu iş üzrə təqsirləndirilən şəxslərdən iki nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Prokuror onların təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib. Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib. Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.
Episodes
-
Oktyabr 21, 2024
Tramp və Harrisin seçki kampaniyası ritorikası qızışır
-
Oktyabr 21, 2024
Sulutəpə sakinləri "Azərsu" qarşısında etiraz edir
-
Oktyabr 18, 2024
Əl işləri dünyanı gəzən Astaranın sonuncu xalçaçısı