Accessibility links

Türkiyədə yeni COVİD-19 məhdudiyyətləri tətbiq olunur


Türkiyədə yeni COVİD-19 məhdudiyyətləri tətbiq olunur
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Türkiyədə yeni COVİD-19 məhdudiyyətləri tətbiq olunur

Türkiyə yaxın zamanlarda COVID 19-un yayılmasının qarşısını alan ən uğurlu ölkələrdən biri olaraq göstərilmişdi və hökumət məhdudiyyətləri yüngülləşdirmişdi. Ancaq peyvənd çatışmazlığı ilə bərabər yoluxmaların artması ilə ölkə indi ən sərt karantin tədbirlərinə qayıtmağa məcbur olub.

İstanbul ölkənin qalan hissəsi ilə birlikdə bu dəfə təxminən üç həftəlik və ən ciddi nəzarət tətbiq edilməsi ilə yenidən qapanıb.

Polis komendant saatının tətbiqinə ciddi nəzarət edir. Yalnız zəruri işlərə və məhdud alış-verişə icazə verilir.

Qapanmadan biraz əvvəl danışan bu mağazanın sahibi yeni məhdudiyyətlərin ağır zərbə vurduğunu bildirib.

“Bu yaxınlarda keçən ilin zərərlərini ödəməyə başlamışdıq. Yayın gəlişi ilə insanların alış-verişə qayıtması ilə bir növ normallaşmağa yeni başlamışdıq. Ancaq təəssüf ki, bundan bir daha keçəcəyik və bu, bizi geriyə aparacaq” - İstanbulda mağaza sahibi olan Taylan qeyd edib.

Əvvəlki qapanma və müasir xəstəxana müəssisələri infeksiya səviyyəsini aşağı salmışdı və bu da hökuməti bu ilin əvvəlində nəzarəti azaltmağa sövq etmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hətta ölkə daxilində bir sıra partiya mitinqləri keçirmişdi.

Lakin son bir neçə həftə ərzində infeksiyalar beş qat artaraq, Avropada ən yüksək səviyyəyə çatıb.

“O vaxt dərhal cəmiyyət üçün daha açıq bir vəziyyət yaratmağa qərar verdilər. Əlbəttə, biz başa düşürük. Çünki ölkədəki bütün insanlar üçün iqtisadi çətinliklər var və hökumət insanları dəstəkləyə bilmir. Belə ki, yoxsulluq həddi yüksəkdir" – deyə, Türkiyə Tibb Assosiasiyasının başçısı Şəbnəm Korur Fincancı bildirib.

Türkiyənin problemlərinə əlavə olaraq, səhiyyə naziri Çindən peyvənd tədarükünün gecikməsinin ölkənin peyvənd proqramını dayandırdığını açıqlayıb.

Ancaq Ankara Rusiyanın bu ayın sonunda Sputnik V peyvəndi verməyə başlayacağını elan etib.

Bununla belə, yoxsulluqla mübarizə qrupları xəbərdarlıq edir ki, son qapanmaya dair heç bir maliyyə dəstəyinin olmamasına görə bir çox insan çıxılmaz vəziyyətə düşüb.

“Onlar təlaş içindədirlər. Onlar bizə zəng edib ‘nə edəcəyik?` İndi yeməyimiz yoxdur. Təmiz suyumuz yoxdur. Xərclərimiz var, kirayəni ödəyə bilmərik' deyir. Həqiqətən təlaş var. Təlaş əsasən yemək və uşaq bezləri ilə bağlıdır" – deyə, Dərin Yoxsulluq Şəbəkəsindən Hacer Foqqo bildirib.

Hökumət rəsmiləri ümid edirlər ki, bu son qapanma, mövsümün pik nöqtəsinin yaxınlaşması ilə iqtisadiyyatı, ən başlıcası turizm sənayesini xilas edə bilər.

Ancaq hələlik İstanbulda bir çox insan ərzaq yardımına bel bağlayır və bu qapanmanın son olacağını ümid edir.

XS
SM
MD
LG