Accessibility links

Antoni Blinkenin Ukraynaya səfərinin nəticələri və gözləntilər


Antoni Blinkenin Ukrayna səfərinin nəticələri və gözləntilər
please wait

No media source currently available

0:00 0:02:22 0:00

ABŞ Dövlət katibi Antoni Blinken Ukraynaya səfəri zamanı ölkə liderlərini ABŞ-ın Rusiyanın “ehtiyatsız və aqressiv” adlandırdığı hərəkətlərinə qarşı Kyievi dəstəkləyəcəyinə əmin edib, lakin hərbi yardımın artırıldığını elan etməyib.

Dövlət katibi Antoni Blinkenin Kyivdə bir mesajı var idi: ABŞ Ukrayna xalqının yanında Rusiya təcavüzünə qarşı durur. O, Rusiya ilə sərhəd bölgələrindən rus qoşunlarının qismən çıxarılması ilə bağlı Azadlıq Radiosuna danışıb.

“Bəzi ağır texnikanın geri çəkildiyini gördük, lakin bir çox şey qalmaqdadır. Və Rusiya daha qısa müddətdə daha aqressiv addımlar atmaq gücünə malikdir. Buna görə biz bu məsələdə çox sayıq və diqqətliyik. Həmçinin, Ukraynanın özünü, suverenliyini, ərazisini qorumaq üçün vasitələrə sahib olmasına kömək etdiyimizə əminik” - deyə, Blinken qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Blinkenə hələ də Rusiyanın hərbi təhdidindən narahat olduğunu bildirib.

"Düşünürük ki, sərhəd yaxınlığındakı rus qoşunlarının azalması ləng gedir, buna görə bəlkə də hələ də bir təhlükə ola bilər. Heç kim bu sürprizləri istəmir" - deyə, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Kyiv Vaşinqtonun daha çox hərbi avadanlıqla təmin etməyini istəyib. Buraya Ukraynanın kommunikasiyalarını, hava hücumundan müdafiə sistemlərini və snayperlərinə qarşı Rusiya texnologiyasını bloklayan avadanlıqlar da daxildir.

Blinken ABŞ-ın daha çox təhlükəsizlik yardımı düşündüyünü bildirib, ancaq bunun tam olaraq nəyi əhatə edəcəyini və nə zaman gələ biləcəyini açıqlamayıb. Sabiq səfir Stiven Payfer Amerikanın Səsinə bildirib ki, Blinken prezident Co Baydendən Ukraynaya güclü dəstək mesajı verir, lakin onun başqa bir mesaj da verəcəyinə ümid edir.

“İnanıram və ümid edirəm ki, dövlət katibi Blinkenin Kyivdə təqdim edəcəyi mesaj, Ukrayna hökumətinin həqiqətən islahatlar, korrupsiya ilə mübarizə, oliqarxların təsirini cilovlamaq üçün çox ciddi bir şəkildə hərəkət etməsi zərurətidir. Bununla Ukrayna iqtisadiyyatı çiçəklənə bilər” - deyə, Robert Boş akademiyasından Stiven Payfer qeyd edib.

ABŞ 2014-cü ildə Ukrayna əsgərləri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasındakı qarşıdurma başladığından bəri Kyivin ən güclü dəstəkçisi olmuşdur. Ukrayna döyüşlərdə təxminən 14 min insanın öldüyünü bildirmişdi.

XS
SM
MD
LG