Accessibility links

İsrail və Fələstin arasındakı münaqişədə ABŞ-ın mövqeyi


İsrail-Fələstin münaqişəsində ABŞ-ın mövqeyi
please wait

No media source currently available

0:00 0:03:54 0:00

ABŞ İsrail və Fələstin liderlərini Qüdsdəki qarşıdurmalardan sonra Həmasın ölümcül raket hücumları və İsrailin cavab olaraq həyata keçirdiyi hava hücumları fonunda gərginliyi azaltmağa çağırır.

Həmas militantları Fələstin ərazilərindəki Qəzzə şəhərində 12 mərtəbəli binanı dağıdan İsrailin hava hücumuna görə qisas almaq üçün çərşənbə axşamı İsrailin Təl-Əviv şəhərinə doğru 130 raket atdıqlarını deyib.

Gecə baş tutan raket hücumları onsuz da qeyri-sabit olan vəziyyətin ciddi kəskinləşməsinə böyük bir təsir kimi qiymətləndirilir.

Bazar ertəsindən bəri İsrailin Qəzzəyə etdiyi hava hücumlarında doqquz uşaq daxil olmaqla azı 28 fələstinli öldürülüb, 122 nəfər yaralanıb. Tibb işçiləri HƏMAS-ın raket zərbələri nəticəsində ən azı üç israillinin öldüyünü və 56 nəfərin xəstəxanalarda müalicə olunduğunu deyib.

ABŞ Dövlət Departamenti hər iki tərəfi dərhal münaqişədə de-eskalasiyaya çağırır.

“Biz İsrail ilə Qəzzadan raket atanlar arasında gərginliyin artmasına dərin narahatlıq hissi keçiririk, təmkin və sakitliyə çağırırıq. İsrailin özünü qorumaq və raket hücumlarına cavab vermək hüququ var, Fələstin xalqı da israillilər kimi təhlükəsizlik hüququna malikdir. Qəzza və İsraildə uşaqların və bir çox günahsız mülki şəxsin ölümü də daxil olmaqla, baş verən tələfatlar bizi çox narahat edir” – deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın hücumların artması fonunda liderlik göstərməməsi ilə bağlı tənqidlər barədə suala belə cavab verib:

“Əlbəttə, bu tənqidə ABŞ-ın əlimizdən gələni etdiyini qeyd edərək cavab verərdim, Met. Lakin müəyyən vəziyyətlərdə bizim imkanlarımız bəzən məhdud olacaq” – deyə, Ned Prays qeyd edib.

Həm fələstinlilərin, həm də israillilərin canlarını qurtarmaq üçün qaçdıqlarını göstərən görüntüləri nəzərə aldıqda mütəxəssislər bu məsələrədə liderliyin və diplomatiyanın mühüm rol oynadığını deyir.

“Bu, çox ciddi bir vəziyyətdir. Bu, ekstremist oyunçular tərəfindən istismar edilən bölgədə liderlik boşluğunun olduğunu göstərir. Hər dəfə kimsə şiddət tətbiq edəndə və indi də gördüyümüz kimi, israillilərə və ya fələstinlilərə dəyəcək şəkildə təsadüfi raketlər atanda, bu, hər şeyin nəzarətdən çıxdığını göstərir və mən bunun ABŞ-ın gərginliyi azaltmağa çalışmaq üçün diplomatiya ilə müdaxilə etməsinə fürsət olduğunu düşünürəm.” – deyə, Amerika Tərəqqi Mərkəzindən Brayn Katulis bildirib.

Digər bir mütəxəssis Amerikanın Səsinə ABŞ-ın müttəfiqi İsrail ilə əlaqə yaratmalı olduğunu deyib.

“ABŞ, yəqin ki, bu məsələdə İsraili cəlb etmək üçün ən yaxşı vəziyyətdədir. Əlbəttə ki, bizim, ABŞ-ın belə kanalı yoxdur. Əlbəttə ki, Həmasla birbaşa əlaqəmiz və kanalımız yoxdur. Beləliklə, oradakı digər oyunçular üçün rollar var” – deyə, ABŞ Sülh İnstitutundan Lüsi Kurtzer-Ellenbogen bildirib.

İsrail ordusu çərşənbə axşamı özünün Dəmir Qübbə raketdən müdafiə sistemi ilə Təl-Əviv üzərində Həmasın raketlərini zərərsizləşdirdiyini göstərən videoları yayımladığı bir vaxt, mütəxəssislər hesab edir ki, Misir və İordaniya kimi bölgədəki digər ölkələr də gərginliyi azaltmaq üçün Həmas üzərindəki təsir güclərindən istifadə etməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG