Accessibility links

Bakıda Ursula le Quinin "Mülksüzlər" kitabının təqdimatı keçirilib


Bakıda Ursula le Quinin "Mülksüzlər" kitabının təqdimatı keçirilib
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Mayın 16-da feminist və anarxist yazıçı Ursula le Quinin Mülksüzlər əsərinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib. İlk dəfə 1974-cü ildə çap olunan Ursula Le Quinin Mülksüzlər romanı çap olunduğu gündən etibarən dünyanın 30-dan çox dilinə tərcümə olunub və hər zaman özü ətrafında müzakirələr yaradıb. Modern ədəbiyyatın ən çox oxunan və müzakirə olunan romanlarından biri olan Mülksüzlər Egalite nəşriyyatı tərəfindən çap olunub. Əsərin tərcüməçiləri Ləman Orucova və Araz Zeyniyev kitabın təqdimatında roman haqqında müzakirə aparıblar. Araz Zeyniyev Mülksüzlər əsəri haqqında Amerikanın Səsinə danışıb. O deyir ki, əsər fantastik janrdadır və dövlətsiz dünyadan bəhs edir. Əsərdə günlük həyatımızın necə dəyişdiyini, istifadə etdiyimiz əşyalar, sevgilimiz, həmçinin valideynlərimiz və digər insanlarla münasibətimizin necə ola biləcəyi haqda nümunələr verilib. Tədbirin moderatoru Toğrul Abbasov da kitabla bağlı öz fikirlərini qeyd edib.

XS
SM
MD
LG