Accessibility links

Prezident Co Bayden yeni elektrikli avtomobili sınaqdan keçirib


Prezident Bayden yeni elektrikli avtomobili sınaqdan keçirib
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Prezident Co Bayden çərşənbə axşamı Miçiqandakı elektrikli avtomobillər zavodunu gəzib və orada Çinə qarşı rəqabət çərçivəsində 174 milyard dollarlıq elektrikli avtomobillər planını açıqlayıb.

Özünü "avtomobil adamı" adlandıran Prezident Co Bayden Miçiqanda - Diarbornda yerləşən Ford sınaq sahəsində elektrikli F-150 Lightning yük maşınını sürüb.

Test sürücülüyündən əvvəl Bayden Amerika avtomobil istehsalçısının çərşənbə günü təqdim etdiyi son elektrikli yük avtomobili ilə yaxından tanış olub.

“Avtomobil sənayesinin gələcəyi elektrikdir. Geriyə dönmək olmaz” - deyə, Prezident Co Bayden bildirib.

Prezident Fordun elektrikli avtomobil zavodunu gəzib və ölkəyə elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirməyə kömək etmək üçün hökumətin 174 milyard dollar ayıracağını bəyan edib.

Buraya vergi imtiyazları və amerikalıları yanacaqla çalışan avtomobil vasitələrindən uzaqlaşdırmaq üçün digər təşviqlər də daxildir.

Bayden hazırda elektrikli avtomobil istehsalında dünya lideri olan və ən böyük və ən sürətliə böyüyən bazarla - Çinlə rəqabət kontekstində çıxış edir.

"Bu gün Çin bütün digər ölkələrdən daha böyük bir istehsal miqyasına sahibdir. Onlar bu miqyası bu batareyaları yalnız Çində deyil, Almaniyada və Meksikada da istehsal etmək üçün istifadə edirlər. Və indi onlar həmin elektrikli avtomobilləri ixrac edirlər və Amerika bazarına istiqamətlənirlər. Və qazanacaqlarını düşünürlər. Ancaq onlar üçün xəbərim var. Bu yarışda qazanmayacaqlar" - deyə, Prezident Co Bayden bildirib.

LMC Automotive data firmasına görə, Şimali Amerika avtomobil istehsalçıları 2028-ci ilədək ildə 1,4 milyon elektrikli avtomobil istehsal etmək yolundadırlar.

Lakin Çin o vaxta qədər ildə səkkiz milyondan çox elektrikli avtomobil istehsal edəcək. Çinin sənayedə lider olmasının bir səbəbi də dövlətin verdiyi əhəmiyyətli dəstəkdir.

“Orada Çinin bu məhsulları ABŞ-a ixrac etməsinə imkan verən daha az ticarət maneələri var. Bu iki amilin birləşməsi Çinə üstünlük verir. Bayden administrasiyası isə buna ədalətsizlik kimi baxır. Bayden rəhbərliyi əvvəlki administrasiyalar kimi bu üstünlükləri heçə endirmək üçün addımlar atır” - deyə, Vanderbilt Universitetindən Timoti Meyer qeyd edib.

Ölkə daxilində Baydenin planına avtomobil işçilərini daha çox elektirkli avtomobillərin daha yaxşı maaş verən həmkarlar ittifaqı işləri demək olduğuna inandırmaq səyləri daxildir.

“Siyasi olaraq, bu bəzən 60-70% arasında olan adi insanlar arasında çox populyardır. Bu, Respublikaçı işçilər - yəni, yerli Respublikaçı məmurlar, eyni zamanda Demokratlar və müstəqil şəxslər deməkdir. Buna görə də, bu çox siyasi enerjiyə sahib olan bir şeydir” - deyə, Kaliforniya Universitetindən Harli Şeyken bildirib.

Prezidentin elektrikli avtomobillər üçün təkid etməsi, hazırda Konqresdə müzakirə olunan 2 trilyon dollarlıq iş yeri və infrastruktur planının bir hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG