Hökməli qəsəbəsinin sakinləri susuzluq problemindən əziyyət çəkir
Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan bir qrup sakin susuzluq problemindən əziyyət çəkir. Qəsəbə sakinləri deyir ki, təxminən 10 min sakinin yaşadığı ərazidə su problemi bu günə qədər həll edilməyib. Vətəndaşların sözlərinə görə, illərdir ki, suyu maşınla alırlar. Bu isə xüsusi ilə yay aylarında sakinlərin əziyyət çəkməsinə səbəb olur. Qəsəbə sakinləri aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, suallarına cavab ala bilməyiblər. Onların sözlərinə görə, su problemi ilə bağlı sakinlər adından dəfələrlə yazılı şəkildə Azərsu ASC-yə müraciət etsələr də məktuba cavab verən olmayıb.
Episodes
-
Noyabr 08, 2024
Ərdoğan Trampı qələbəsi münasibətilə təbrik edib
-
Noyabr 07, 2024
Harris prezident seçkisində Trampa məğlub olduğunu qəbul edib