Antoni Blinkenin ABŞ-ın dövlət katibi qismində Yaxın Şərqə səfəri başa çatıb. Blinkenin orada məqsədi Qəzza atəşkəsini möhkəmlətmək olub. O həmçinin münasibətləri gücləndirməyə və İsraillə Həmas arasında əksəriyyəti fələstinli olmaqla 250-dən çox insanın ölümü ilə nəticələnən toqquşmadan sonra əraziyə yardımın çatdırılmasını təmin etməyə çalışıb.
Antoni Blinkenin dövlət katibi olaraq Yaxın Şərqə ilk səfəri Qəzzada kövrək atəşkəsin əldə olunmasından bir neçə gün sonraya təsadüf edib. Atəşkəs İsrailin Həmasın raket hücumlarına cavab olaraq başlatdığı hücumun onlarla insanın ölümü və çox sayda binaların dağılması ilə nəticələnməsindən sonra əldə olunub.
Blinkenin bu həftə İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla danışıqlarında diqqət ABŞ-ın Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəsi necə möhkəmlədə və Qəzzanı bərpa etməyə necə yardım edə biləcəyinə yönəlib.
“Biz bilirik ki, zorakılığın qarşısını almaq üçün biz bunun altında yatan daha böyük məsələlər və problemləri həll etməliyik. Bu da Qəzzadakı ciddi humanitar vəziyyəti həll etmək və bərpa işlərinə start verməklə başlayır,” dövlət katibi Antoni Blinken bildirib.
ABŞ-ın Qəzzanı bərpa etmək istəyi, belə yardımları Fələstin ərazilərinə nəzarət edən ABŞ-ın terror qrupu adlandırdığı Həmasın əlinə keçmədən necə mülki vətəndalara çatdırılacağına dair suallara səbəb olub .
“Mən Həmasın bundan faydalanmamasını təmin etmək üçün tərəfdaşlarımızla yaxından işləyəcəyəm,” Blinken bildirib.
ABŞ rəsmiləri Həmasdan yan keçmək üçün Birləşmiş Ştatlar və Fələstin milli idarəsini cəlb etməyi təklif edib. Bəzi israilli müşahidəçilər buna skeptik yanaşır.
“Mən Amerikanın Həması yan keçərək Fələstin milli idarəsi ilə işləməsinə imkan yaradacaq bir mexanizm görmürəm,” İsrailin Nyu-Yorkdakı keçmiş baş konsulu Alon Pinkas bildirib.
ABŞ və İsrail hər hansı vəsaitlərin Həmasın əlinə keçməsinin qarşını almaq istəyir. Pinkas deyir ki, ən son zorakılıqlardan öncə Qətər hər ay Qəzzaya İsrailin sərhədi vasitəsilə 30 milyon dollar pul göndərirdi. İsrailin müdafiə rəsmiləri isə buna son qoyulmasına çağırır.
“Ordu, İsrail Müdafiə Qüvvələri bir müddətdir baş nazirə qətərlilərin Həmasla olan birbaşa əlaqəsini, yəni onları pulla təmin etməsini kəsməyi və onları buna son qoymağa və hər hansı bir filtrasiya prosesindən keçməyə vadar etməyi tövsiyyə edir. Amma cənab Netanyahu bu məsləhətə laqeyd yanaşır,” Pinkas deyir.
Blinken səfəri zamanı Konqresdən fələstin xalqına iqtisadi yardım məqsədilə 75 milyon dollar istəyəcəyini bildirib.
Fələstin milli idarəsi bu vədi münasibətlərin bərpasının başlamasına doğru atılan müsbət bir addım olaraq qarşılayıb. Bu münasibətlə Trampa administrasiyası altında tarixdəki ən aşağı səviyyəyə enib. Tramp administrasiyası ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürüb və BMT-nin fələstinlilərə dəstək verən qurumlarına maliyyə yardımını dayandırıb.
İsrail üçün isə Qəzzada baş verən son zorakılıqlar İsrailin Həmasa qarşı siyasətini yenidən nəzərdən keçirməsinin vacibliyini göstərir.
“İsrailin son illərdəki siyasəti Fələstin Milli İdarsəini zəiflətməyə yönəlib. Bunun məqsədi fələstinliləri İordan Çayının qərb sahili ilə Qəzza arasında bölmək və hər hansı mənalı sülh prosesinin qarşını almaq üçün dolayı yolla Həmasın gücünü artıramq və ya ən azindan qoruyub saxlamaq. Mən demirənm ki, belə bir sülh prosesi ola bilərdi, amma məqsəd ən azından onun nə zamansa baş verməsinin qarşısını almaq idi,” Pinkas deyir.
ABŞ Fələstin rəhbərliyi ilə münasibətlərini yenidən qurmağa çalışdığı bir vaxt Dövlət katibi Blinken kövrək Qəzza atəşkəsini daha sabit bir barışığa çevirmək səylərini davam etdirir.