Accessibility links

Dünyada COVİD-lə mübarizə səyləri davam edir


Dünyada COVİD-lə mübarizə səyləri davam edir
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Çərşənbə axşamı İtaliya qapalı məkanlarda yemək yeməyə tətbiq olunan məhdudiyyətləri ləğv edib, Almaniya koronavirus riski səviyyəsini aşağı səviyyəyə endirib, İsrail isə demək olar ki, bütün pandemiya məhdudiyyətlərini qaldırıb.

İtalyanlar aylardır davam edən karantininin sona çatmasını alqışlayırlar. Bəziləri üçün sevdikləri kafedə qəhvəni içmək, onlara çoxdandır məhrum olduqları sadə ləzzətləri xatırladır.

"Bu, yenidən başlanğıcın bir çox əlamətlərindən biridir. Bir qəhvə bizə yenidən sakit yaşamaq hissi verir" – deyə, Roma sakini Paolo Leoni bildirib.

"Bu ilk qəhvəni ləzzətlə içirik. Yenidən başlayırıq. Hər kəs üçün buna ümid edək. Bu ənənələr üçün darıxmışıq" – deyə, Roma sakini İzabella Petrunqaro qeyd edib.

İtaliya ötən il dünyada COVID-19-un ilk qaynar nöqtələrindən birinə çevrildiyi gündən bəri müntəzəm olaraq məhdudiyyətlərlə yaşayırdı.

"Təxminən dörd aydan sonra məkanın yenidən dolduğunu görmək, hər şeydən əvvəl mənə böyük məmnunluq hissi verir" – deyə, Toraldo Kafesinin sahibi Alessandro Rappini bildirib.

İtaliyada 4.2 milyondan çox COVID-19 xəstəliyi qeydə alınıb, lakin uğurlu peyvənd kampaniyası dövründə yeni infeksiyalar azalıb.

Bu arada Almaniyanın səhiyyə rəsmiləri ölkədəki koronavirus riskinin səviyyəsini "çox yüksəkdən" "yüksəyə" endirildiyini açıqlayıb. Ancaq onlar xəbərdarlıq ediblər ki, bu, pandemiyanın bitməsi demək deyil.

"Bu o deməkdir ki, ikinci və üçüncü dalğa - çox, çox çətin vəziyyət geridə qalıb. Rəqəmlər əvvəlkilərdən daha yaxşıdır. Ancaq "yüksək" eyni zamanda hələ də riskin olduğu deməkdir və ehtiyatlı deyiliksə, vəziyyət çox qısa zaman ərzində yenidən dəyişə bilər" – deyə, Almaniya Səhiyyə Naziri Yens Span bildirib.

Yeni həftəlik yoluxmaların sayı ölkə üzrə hər 100 min sakin üçün təxminən 30-a düşüb.

Və İsraildə çox xüsusi bir gündür. Demək olar ki, bütün məhdudiyyətlər götürülüb və bu günə qədər ictimai yerlərə daxil olmaq üçün tələb olunan yaşıl peyvənd kartlarına ehtiyac qalmayıb.

"Karantin, qapanma və məhdudiyyətlərdən sonra indi bütün fəaliyyətimizi İsraildə bərpa edirik və artıq yaşıl keçid kartına ehtiyac yoxdur" – deyə, İsrailin Səhiyyə Nazirliyinin baş direktoru Hezi Levi qeyd edib.

9.3 milyon əhalisi olan İsraildə 5.4 milyondan çox ilk doza və ən az 5.1 milyon ikinci doza Pfizer peyvəndi tətbiq olunub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG