Accessibility links

AXCP sədrinin mühafizəçisinin məhkəmə prosesi keçirilib


AXCP sədrinin mühafizəçisinin məhkəmə prosesi keçirilib
please wait

No media source currently available

0:00 0:02:11 0:00

İyunun 8-də Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəməprosesi zərərçəkmişlərin ifadələri ilə davam etdirilib. Bu günkü prosesdə hakim məhkəmə istintaqının başa çatdığını bildirib, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə iclası iyunun 17-si saat 10:30-a təyin olunub. Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb. AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra siyasi sifarişlə bu partiyanın 45 fəalı həbs edilib.

XS
SM
MD
LG