Orduya dəstək yürüşündə saxlanılanlara dövlət ittihamçısı cəza istəyib
İyunun 9-də Bakı Apellyasiya Məhkəməsində Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı iş istəyib. Bu iş üzrə birinci qrupda, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfərdir. Dövlət ittihamçısı Fuad Qəhrəmanlıya 4 il 6 ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanova 4 il, digərlərinə isə 3 il 6 ay azadlıqdan şərti məhrumetmə cəzası istəyib. Hökm 14 iyunda elan olunacaq. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır. Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir. AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.
Episodes
-
Oktyabr 13, 2024
Vaşinqtonda COP29 konfransına həsr olunmuş tədbir keçirilib
-
Oktyabr 12, 2024
“Fərqi yoxdur, böyük, ya balaca biznes, stress eynidir”
-
Oktyabr 12, 2024
"Oktyabr sürprizi" nədir?