Accessibility links

Böyük Yeddilərin liderləri Baydenin Çinə təzyiq çağırışı ilə bağlı fikir ayrılığı yaşayırlar


Böyük Yeddilərin liderləri ABŞ Prezidenti Co Baydenin məcburi əmək əməlləri, beynəlxalq ticarət qaydalarına əməl etməkdən imtina etməsi və problematik qlobal infrasturktun maliyyəşdirilməsi mexanizmi səbəbilə Çinə qarşı daha aqressiv tədbirlər görməyə çağırışı ilə bağlı fikir ayrılığı yaşayırlar.

“Bəzi maraqlı müzakirələr və bir az fikir ayrılıqları oldu” – Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi Kornuolda G-7-nin plenar iclasından sonra müxbirlərə deyib. Rəsmi adının açıqlanmasını istəməyib.

Onun dediyinə görə, G-7 liderləri razılaşıb ki, getdikcə daha israrlı olan bir Çinin təhlükəsi realdır, amma onlar Çinə cavabın nə qədər aqressiv olmalı olduğu üzərində fikir ayrılığı yaşayırlar. İtaliya, Almaniya və Avropa İttifaqı Çinə qarşı sərt mövqe sərgiləməyə həvəssiz görünürlər və bunun əvəzinə diqqəti “münasibətlərin daha kooperativ təbiətinə” yönəltməyi istəyir.

ABŞ, Britaniya, Kanada və Fransa isə müxtəlif dərəcələrdə daha “tədbir yönümlü” yanaşmanı dəstəkləyirlər. Yaponiya həmin qrupdan hər iki tərəfə ən meylli olan tərəf kimi görünür.

Bayden və builki G-7 zirvə toplantısına ev sahibliyi edən Britaniyanın Baş Naziri Boris Conson aşağı və orta gəlirli ölkələr üçün infrastruktur maliyyələşdirmə prorqamını elan etmək üçün həyacanlıdırlar. Bu proqram Çinin Pekinin xarici siyasəti üçün mühüm olan onlarla ölkədə qlobal infrastruktur inkişafına investisiya strategiyası olan Kəmər və Yol Təşşəbüsünə (BRI) rəqib olacaq.

“Dünyanı Yenidən Daha Yaxşı Quraq” və ya “B3W” adlanan təşəbbüsün məqsədi mövcud inkişafın maliyyələşdirmə mexanizmlərini və özəl sektoru inkişaf etmiş ölkələrdə infrastrukturun maliyyə baxımından ehtiyaclarındakı boşluqları azatmağa, eyni zamanda isə əmək, ətraf mühit və şəffaflıq standartlarını qorumağa səfərbər etməkdir.

Administrasiya bildirir ki, B3W “kollektiv bir şəkildə infrastruktur üçün yüz milyardla dollar pulu sürtləndirəcək.” ABŞ-ın ayıracağı pulun məbləği, strukturu və zamanlaması isə hələ ki, bəlli deyil.

"Bunun regionda infrastruktur qurmaq üçün yeni maliyyə yardımının olacağı, yoxsa mövcud pulların bura yönləndiriləcəyi bəlli deyil," Vilson Mərkəzinin Çin və Birləşmiş Ştatlar üzrə Kissincer İnstitutunun direktoru Robert Dali bildirir.

Pekin təsir dairəsini genişləndirmək üçün ölkərə beynəlxalq kreditorlar tərəfindən təsdiqlənməyən layihələr üçün BRI kreditləri verir.

“Bu, yeni proqramın daha az riskli olub-olmadığına dair suallar yaradır,” Dali deyib və əlavə edib ki, əgər bu layihələr mənfəətli olsa idi, Beynəlxalq Valyuta Fondu və Dünya Kankı kimi kreditorlar onları maliyyələşdirərdi.

XS
SM
MD
LG