Accessibility links

Baydenlə İsrail Prezidentinin görüşünün əsas mövzusu İran olub


İran mövzusu ABŞ Prezidenti Co Bayden ilə İsrail həmkarı arasında bazar ertəsi Oval Ofisdəki görüşün əsasını təşkil edib.

"İran heç vaxt mənim zamanımda nüvə silahı əldə etməyəcək" - deyə, Bayden vəzifəsindən gedən İsrail prezidenti Reuven Rivlinə bildirib.

Bayden bu açıqlamanı ABŞ hərbi rəsmilərin Suriya və İraqdakı İranın dəstəklədiyi silahlı birləşmələrin iki əməliyyat və silah saxlama anbarı kimi izah etdiklərinə qarşı hava hücumları əmri verməsindən bir gün sonra verib.

Bu hücumlar İranla nüvə proqramını məhdudlaşdıran müqaviləni canlandırmaq üçün ABŞ da daxil olmaqla, altı dünya dövləti ilə Avstriyada davam edən danışıqların fonunda baş verib.

Rivlin ilə görüşündə Bayden hərbi cavab əmrini müdafiə edib.

"Dünən axşam İraqdakı ABŞ personalına qarşı hücumların məsuliyyətini daşıyan İranın dəstəklədiyi militant birləşmələrinin istifadə etdiyi yerləri hədəf alan hava hücumlarına rəhbərlik etdim" deyən Bayden ABŞ Konstitusiyasının İkinci Maddəsinə əsasən səlahiyyət sahibi olduğunu və bunun Kapitolidəki qanunvericilər tərəfindən qəbul olunduğunu əlavə edib.

Bayden rəhbərliyi fevral ayında da oxşar hava hücumları həyata keçirmişdi.

İsrail prezidenti kimi 7 illik müddətdən sonra növbəti ay ofisi tərk edəcək Rivlin bildirib ki, Baydenin İsrailin özünümüdafiəsinə qarşı sarsılmaz öhdəlik elan etməsi o deməkdir ki, "İsraillilərin Ağ Evdə böyük bir dostu var".

Hər iki hökumət müvafiq siyasi liderlərinin son dəyişikliklərindən sonra 73 illik münasibətlərinə düzəlişlər edirlər.

Bayden İsrailin yeni baş naziri Naftali Bennetti tezliklə Ağ Evdə qarşılamağı səbirsizliklə gözlədiyini və İsraili nə vaxt ziyarət edəcəyi ilə bağlı Amerikanın Səsinin sualına cavab olaraq “Məndə tarix yoxdur, amma olacaq” - deyə, bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG