Accessibility links

Bir qrup fəal meşələrin qırılmasına etiraz olaraq aksiya keçirib


Bir qrup fəal meşələrin qırılmasına etiraz olaraq aksiya keçirib
please wait

No media source currently available

0:00 0:03:47 0:00

İyulun 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında bir qrup eko-aktivist etiraz aksiyası keçirib. Fəallar nazir Muxtar Babayevin onları qəbul etməsini tələb ediblər. "Ecofront" hərəkatının təşəbbüskarlarından olan Cavid Qaranın sözlərinə görə, 2017-ci ildən meşələrin icarə müddəti 49 ilə qədər uzadılıb. Bununla da meşələrin qırılmasına yaşıl işıq verilib. Fəal deyir ki, son 3 ildə 45 min hektara yağın meşə zəbt edilib və məhv edilib. Eko-aktivistlərin tələbinə baxmayaraq, onları nazir qəbul etməyib. Əvəzində digər səlahiyyətli şəxslərlə görüş təklif olunub, lakin onlar birbaşa nazirlə görüşmək istədiklərini bildirərək görüşdən imtina ediblər. Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov qeyd edib ki, Ecofront tərəfindən paylaşılan video və fotolar həm nazirlik, həm də ekologiya təhlükəsizlik xidməti tərəfindən araşdırılır və əgər faktlar öz təsdiqini taparsa, bununla bağlı tədbir görüləcək. Həmin ərazidə 42 hektarın 5 hektarında işlər gedib, lakin ötən həftədən ərazidə aparılan işlər araşdırma üçün dayandırılıb.

XS
SM
MD
LG