Accessibility links

Fəallar "Toplan" - Sahibsiz itlərə qayğı mərkəzinin önündə aksiya keçirməyə cəhd edib


Fəallar "Toplan" - Sahibsiz itlərə qayğı mərkəzinin önündə aksiya keçirməyə cəhd edib
please wait

No media source currently available

0:00 0:03:36 0:00

İyulun 15-də heyvan hüquqlarını müdafiə edən fəallar "Toplan" - Sahibsiz itlərə qayğı mərkəzinin önündə aksiya keçirməyə cəhd edib. Etirazçılar iddia edir ki, küçədən toplanan itlər məhv edilir. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir. Əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını 12-ci polis bölməsinə aparıb. Aksiya iştirakçılarından Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Kamran Məmmədli, Rəvan Axundov, Fərid Cabbar, Elmir Abbasov 400 manat məbləğində cərimə ediliblər. Onlar hansı əsasla cərimə edildiklərini bilmədiklərini deyirlər. Nicat İsmayılovla Elxan Mirzəyev isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıblar, bir neçə saat sonra sərbəst buraxılıblar. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. “Toplan” iddiaları təkzib edib. Mərkəzdən bildiirlib ki, bura dövlət idarəsidir və fəalların dedikləri mümkün deyil. "Həmin şəxslərin hərəkətləri təxribat xarakterlidir", - deyə təşkilatdan bildiriblər.

XS
SM
MD
LG