"Ay prezidentim, mən ana kimi özümə nifrət edirəm"
İyulun 17-də Bakı Apelyasiya Məhkəməsində terrorçuluqda ittiham olunanlarla bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə vəsatətlərə baxmaq üçün prosesi iyulun 27-ə təyin edib. Təqsirləndirilən şəxslərin yaxınları bunu etirazla qarşılayıb. Onlar Bakı Apelyasiya Məhkəməsinin önündə avtobusun qabağını kəsiblər. Yaxınlarının sözlərinə görə, təqsirləndirilən şəxslər əsassız olaraq həbs edilib. Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qurbanov 8 il, Amin Həsənov, Əflatun Bayramov və Babək Məmmədli 7 il, Tehran Qasımov 5 il, Cavid Amanov, Elgün İsmayılov, Ələddin İbişov, Yusif İmanov, Orxan Qurbanov, Şəhriyar Cabbarov hər biri 2 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması, dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi, terrorçuluq və cinayətkar təşkilat yaratma maddələri ilə təqsirləndirilirlər. Bu proseslə bağlı məhkəmədə təqsirləndirilən şəxslər həbslərinə etiraz olaraq məhkəmə zalında özlərinə xəsarətlər yetiriblər.
Episodes
-
Mart 14, 2025Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi