Accessibility links

Minlərlə vebsayta giriş mümkün deyil


Dünyada minlərlə veb səhifəsinə giriş geniş istifadə olunan məzmun paylama şəbəkəsi ilə bağlı problem olduğu üçün mümkün olmayıb.

Akamai şirkəti veb saytının "Edge DNS xidməti ilə ortaya çıxan bir problem" yaşadığını bildirib. Daha sonra şirkət məsələlərin həll olunduğunu deyib.

Akamai məsələ üçün bir düzəliş tətbiq etdiyini və mövcud müşahidələrə əsaslanaraq xidmətinin normal fəaliyyətini davam etdiridiyini bildirib.

"Təsirin tam azaldılmasını təmin etmək üçün izləməkdə davam edəcəyik" , şitkət əlavə edib.

DNS və ya Domain Name System domen adlarını maşın oxuya bilən internet protokol ünvanları ilə əlaqələndirən bir qovluqdur.

Təsirə məruz qalan daha böyük veb saytları arasında Delta Air Lines, British Airways, Capital One, GoDaddy, Vanguard, UPS, LastPass, AT&T və Costco olub.

Bəzi xidmətlərin fəaliyyəti bərpa edilib. CNBC xəbər verib ki, Delta onlaynın xidmətləri fəaliyyətdədir.

Texniki pozuntuya nəyin səbəb olduğu məlum deyil.

XS
SM
MD
LG