Fəallar "Toplan" - Sahibsiz itlərə qayğı mərkəzinin önündə aksiya keçirib
İyulun 22-də heyvan hüquqlarını müdafiə edən fəallar "Toplan" - Sahibsiz itlərə qayğı mərkəzinin önündə aksiya keçirib. Etirazçılar iddia edir ki, küçədən toplanan itlər mərkəzdə öldürülür. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir. Əraziyə cəlb olunmuş polis əməkdaşları heyvansevərlərin aksiya keçirməsinə maneə yaradıb. Heyvan hüquqlarını müdafiə edən fəallardan 3 nəfər polis əməkdaşları tərəfindən 12-ci polis bölməsinə aparılıb. Aksiya iştirakçıları bildirib ki, onlar tələbləri yerinə yetirilənədək etirazlara davam edəcəklər.
Episodes
-
Dekabr 04, 2024
Media eksperti Ələsgər Məmmədli həbsdə qalıb
-
Dekabr 04, 2024
Gürcüstan azərbaycanlıları hökumət əleyhinə etirazlara qatılıb