“Lakeside Garden- İsmayıllı"
“Lakeside Garden- İsmayıllı" aqroekoturizm təsərrüfatı İsmayıllı rayonu Təzəkənd kəndində fəaliyyət göstərən sahibkarlıq subyektidir. Vəlbinə gölünün ətrafında yerləşən Bu, ailə təsərrüfatı aqroturizm fəaliyyətinə “Şəhərdən Kəndə” layihəsinə qoşulduqdan sonra başlayıb. Təsərrüfatın sahibi Ramtiq Əlizadə layihə çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib. İki ilə yaxındır ki, ailə kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, müəyyən turizm komponentləri əlavə edərək qonaqlar qəbul edirlər. "Kənddən şəhərə" layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri aparılıb. Yay sezonu olduğu üçün hazırda təsərrüfatı bir ay ərzində 250-300 turist ziyarət edir. Hazırda təsərrüfatda film nümayişləri, musiqi festivalları, kənd məhsulları yarmarkası və s bu kimi tədbirlər təşkil olunur.
Episodes
-
Oktyabr 21, 2024
Tramp və Harrisin seçki kampaniyası ritorikası qızışır
-
Oktyabr 21, 2024
Sulutəpə sakinləri "Azərsu" qarşısında etiraz edir
-
Oktyabr 18, 2024
Əl işləri dünyanı gəzən Astaranın sonuncu xalçaçısı