Accessibility links

ABŞ-ın Çinin nüvə fəaliyyətləri ilə bağlı narahatlığı artır


Çərşənbə axşamı Pekinin daha 110 raket şaxtasını inşa etdiyini bildirən yeni hesabatdan sonra Pentaqon və Respublikaçı konqresmenlər Çinin nüvə gücünü artırması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Amerika Ailmlər Federasiyasının bazar ertəsi verdiyi xəbərdə peyk şəkillərində Çinin Sincan bölgəsinin şərq hissəsindəki Hami yaxınlığında yeni şaxta sahəsi tikdiyi görünüb.

380 kilometr (240 mil) cənub-şərqdə səhra bölgəsi olan Yümendə təxminən 120 raket şaxtasının inşası barədə bir-birinin ardınca məlumatlar gəlməkdədir.
"Bu, iki ayda ikinci dəfədir ki, ictimaiyyət bizim hər zaman dünyanın üzləşəcəyi artan təhlükədən və onu əhatə edən məxfilikdən xəbərdar olur" - deyə, ABŞ Strateji Komandanlığının New York Times qəzetinin AFS ilə bağlı məqaləsi ilə əlaqəli tvitində qeyd olunub.

Dövlət Departamenti iyulun əvvəlində Çinin nüvə istehsalını qorxulu adlandırmışdı və Pekinin minimal çəkinməyə əsaslanan onillik nüvə strategiyasından çıxdığını bildirmişdi. Qurum Çini onunla "silahlanma yarışında sabitliyi pozma risklərini azaltmaq üçün praktik tədbirlər haqqında" qarşılıqlı əlaqə qurmağa çağırıb.

Nümayəndələr Palatasının Strateji Qüvvələr üzrə Alt Komitəsinin üzvü olan Respublikaçı Konqresmen Mayk Törner Çinin nüvə istehsalının presidentsiz olduğunu və o, bunun “ABŞ və müttəfiqlərimizi təhdid etmək üçün nüvə silahları yerləşdirdiyini” açıqlayıb.

O, Çinin silah nəzarətinə dair danışıqlardan imtina etməsinin “narahatlığa səbəb olması və bütün məsuliyyətli dövlətlər tərəfindən qınanması lazım olduğunu” qeyd edib.

Başqa bir Respublikaçı, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rütbəli üzvü Mayk Rocers Çinin gücünün artması ABŞ-ın nüvə qarşısını alma gücünü sürətlə modernləşdirməyin lazım olduğunu nümayiş etdirdiyini deyib.

XS
SM
MD
LG