Accessibility links

Rusiyada araşdırmaçı jurnalistin evinə basqın edilib


Rusiyadakı polislər bu yaxınlarda "xarici agent" kimi təyin edilmiş araşdırma mediasının baş redaktorunun evinə basqın edib. Bu, ölkədəki sentyabr parlament seçkilərindən əvvəl müstəqil mediaya təzyiq göstərmək üçün son addımlardan biridir.

Insider (İnsayder) xəbər saytının baş redaktoru Roman Dobroxotov çərşənbə günü səhər tvitterdə evinin qapısını "polislər döyür", həyat yoldaşı isə telefonu sönməmişdən əvvəl OVD-Info hüquqi yardım qrupuna basqın barədə məlumat verib.

Digər bir hüquqi yardım qrupu Pravoşita Otkritki-nin vəkili Dobroxotovun mənzilinə yollanıb. Qrup polisin reyd zamanı cib telefonlarını, noutbukları və planşetləri və Dobroxotovun beynəlxalq pasportunu müsadirə etdiyini bildirib.
The Insider qəzetinin jurnalisti Sergey Yejov Dobroxotovun Rusiyadan çərşənbə günü getməli olduğunu qeyd edib.

The Insider bildirir ki, polis Dobroxotovun valideynlərinin evinə də basqın edib.
Rusiya müxalifət tərəfdarları, müstəqil jurnalistlər və insan haqları fəalları, sentyabr ayında keçiriləcək seçkilərdən əvvəl hökumətin artan təzyiqi ilə qarşılaşıblar və bu, Prezident Vladimir Putinin 2024-cü il prezident seçkiləri öncəsi hakimiyyətini möhkəmləndirmək səylərinin mühüm bir hissəsi kimi qəbul edilir.

İyirmi ildən artıq bir müddətdə hakimiyyətdə olan 68 yaşlı Rusiya lideri keçən il 2036-cı ilə qədər hakimiyyəti əlində saxlamağa imkan verəcək konstitusiya dəyişikliklərini həyata keçirmişdi.

Dobroxotov mətbuata verdiyi şərhdə İnsider-in Latviya qanunlarına uyğun olaraq normal fəaliyyət göstərməyə davam edəcəyini və xarici agentlər qanununun tələblərinə əməl etməyəcəyini deyib.

The Insider-in yazdığına görə, Dobroxotovu hədəf alan axtarışlar niderlandlı bir bloggerin şikayətindən sonra aprel ayında başladılan böhtan işi ilə əlaqəli ola bilər.

XS
SM
MD
LG