Çərşənbə günü Yaponiya davam edən Tokio Olimpiadasının ölkənin pandemiya vəziyyəti ilə bağlı yeni suallar doğuran 9500-dən çox yeni koronavirus yoluxması barədə məlumat verib.
Tokioda iki gün ardıcıl olaraq 3000-dən çox yoluxma ilə rekord göstərici qeydə alınıb. Göstəricilər Yaponiyanın ictimai yayım şirkəti olan NHK tərəfindən tərtib edilib.
Tokio onsuz da bəzi yerli şərhçilərin təsirsiz olduğuna görə tənqid etdikləri fövqəladə vəziyyətdədir. Qaydaların çoxu könüllüdür. Məsələn, restoranların erkən bağlanması və alkaqol satmamaları istənilib. Amma hər kəs buna əməl etməyib.
Virus paytaxt xaricində də yayılır. Tokionu əhatə edən üç vilayət - Kanaqava, Çiba və Saitamada yoluxmaların artdığı müşahidə olunub. Yerli mətbuat rəsmilərin bu bölgələrdə pandemiya tədbirlərini gücləndirməyi düşündüklərini yazır.
Kyodo Xəbər Agentliyinin məlumatına görə, Yaponiya hökumətinin aparıcı COVID-19 müşaviri Şigeru Omi parlament dinləməsində "Tibbi sistem artıq gərginləşməyə başlayıb" deyib.
Ümumilikdə, Yaponiyanın pandemiya yanaşması nisbətən uğurlu olub. Ölkə bu günə qədər yalnız 15 min ölüm halı ilə bağlı məlumat verib. Bu isə digər ölkələrlə müqayisədə daha azdır. Yaponiya çərşənbə günü rekord sayda yoluxma halını bildirsə də, ölənlərin sayı cəmi 8 nəfər olub.
İndiyə qədər olimpiada ilə əlaqəli 169 nəfərdə virus aşkar edilib. Təşkilatçılar ümumi pozitivlik nisbətinin çox aşağı olduğunu vurğulayırlar. Onlar Olimpiya ilə əlaqəli ziyarətçilərin çoxunun peyvəndləndiyini də bildirir.