Accessibility links

Əfqanıstanda qadınların gələcəyi narahatlıq doğurur


Əfqanıstanda qadınların gələcəyi narahatlıq doğurur
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Əfqanıstanda qadınların gələcəyi narahatlıq doğurur

Taliban ilə Əfqanıstan hökuməti arasında Qətərdəki son sülh danışıqları iyulun 19-da heç bir irəliləyiş olmadan başa çatıb. Qrupun keçmişdə qadın azadlıqlarını qəbul etməməsi bir çoxlarında Əfqanıstanın gələcəyi barədə narahatlıq doğurur.

2001-ci ildə Talibanın Əfqanıstanda hakimiyyətdən salınmasından bəri müasir mülki qanunun qəbulu əfqan qadınların həm sosial, həm də siyasi həyatlarının yaxşılaşdırılmasına imkan yaradıb. Qadınlar indi işləyə, təhsil ala, səs verə, parlamentə seçilə və ən yüksək siyasi və idarəetmə vəzifələrində çıxış edə bilərlər.

Əfqanıstan kabinetinə son 20 ildə bir neçə qadın nazir təyin edilib.

"Əfqanıstanın yeni nəsli artıq Taliban ekstremist ideologiyasını qəbul edə biləcək bir nəsil deyil. Ümid edirik ki, yaranmış vəziyyət Əfqanıstan cəmiyyəti, xüsusilə qadınlar üçün məqbul olacaq" -,Qadın Milli Voleybol məşqçisi Zəhra Fayazi bildirib.

Ancaq reallıq budur ki, ABŞ qüvvələri sentyabr ayında ölkəni tərk edəcək. Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları dayandırılıb və keçmiş danışıqlarda qadınlar çox az təmsil olunub.

İyun ayının sonunda Taliban səlahiyyətliləri münaqişədən sonrakı Əfqanıstanda qadınların iş və təhsil ala biləcəklərini vəd edən açıqlama versə də, Əfqanıstanın Taliban tərəfindən ələ keçirildiyi bölgələrdə qadınlara qarşı məhdudiyyətlər tətbiq edilir və bu, bir çoxlarını narahat edir.

"Qorxumuz Talibanın əvvəlki illərdəki eyni vəhşiliklə və əvvəlki kimi eyni ideologiya ilə geri qayıtmasıdır. Ümid edirik ki, sülh danışıqlarının nəticəsi insanlara, xüsusilə qadın və uşaqlara məhdudiyyət qoymaycaq” , Kabil Bələdiyyəsinin rəsmisi Həbibə Sadeqi deyib.

1995-2001-ci illərdə Əfqanıstanın Taliban rəhbərliyi və fundamentalist İslam qanunlarının tətbiqi Əfqanıstan qadınlarına qaranlıq bir dövr yaşatmışdı. Evdən çıxmalarına, işləmələrinə icazə verilmirdi və səyahət zamanı, hətta fövqəladə hallarda küçələrdə tam hicab və ya bürgə geyinməyə məcbur olurdular.

Qadınların demək olar ki, öz siyasi və sosial talelərini təyin etmək hüququ yox idi və ciddi şəkildə təcrid olunmuşdular. Qadına edilən zülm Əfqanıstan tarixində misli görünməmiş bir hal almışdı.

“Qadın və qızların ən böyük narahatlığı həyatın bütün sahələrində seçim hüququna sahib olmaqdır. Ən sadə ehtiyaclarını ödəmək üçün evdən çıxmaqdan, həyat yoldaşı və təhsil, iş və daha artıq seçim etməkdir. Taliban geri qayıtsa qadınlar evlərdə həbs ediləcəyindən və günəş üzünə çıxmaq hüququndan məhrum olacaqlarınından narahatdır. Taliban qadına bir kişinin əşyalarına və maddi şeylərinə baxdığı kimi baxır. Daha da pisi bir kişi əşyalarını qoruyar, amma Taliban bunu qadınlar üçün etməz. Onların fikirləri Əfqan qadınları üçün ümid yeri buraxmır" - deyə, Kabildəki Kateb Universitetindən Raziyə Daneş bildirib.

Əfqanıstanın sülh danışıqlarında razılıq əldə edilsə belə qadın hüquqları müdafiəçiləri Talibanın qadınların azadlıqlarını məhdudlaşdırmaq üçün yenilənmiş təsirlərindən istifadə etməyə çalışacaqlarından narahatdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG