Accessibility links

Azərbaycanda 668 nəfər koronavirusa yoluxub


Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332752 nəfər müalicə olunaraq sağalıb, 5022 nəfər vəfat edib, aktiv xəstə sayı 5442 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9881, ötən müddət ərzində isə ümumilikdə 4023954 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4885572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2827855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2057717 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir. İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib. Bununla yanaşı, sentyabrın 1-də ölkədə dövlət, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrinə giriş COVİD-19 pasportu ilə olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG