Polis idarəsində zorakılığa məruz qalan fəallar ekspertizadan keçiblər
Avqustun 6-da ictimai fəallar Gülnara Mehdiyeva, Sevgi İsmayılbəyli, Nərmin Şahmarzadə, jurnalistlər Nərgiz Absalamova və Ülviyyə Əli Xəzər Rayon Prokurorluğuna şikayət ediblər. Onlar iddia edir ki, avqustun 4-də Xəzər Rayon Polis İdarəsində onlara qarşı zorakılıq olub. Xəsarət izlərini sənədləşdirmək üçün prokurorluq onları ekspertizaya yönləndirib. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon şöbəsində ekspertiza aparılıb. Gülnara Mehdiyeva deyir ki, onlara qarşı zorakılıq göstərən polislərin cəzalandırılmasını istəyirlər. Nərmin Şahmarzadə qeyd edib ki, onlar həmçinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevdən də şikayətçidirlər. Bir qrup qadın hüquqları fəalı avqustun 4-də Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin binası önündə aksiya keçirib. Onların etirazının səbəbi polisin avqustun 3-də əri tərəfindən qətlə yetirildiyi iddia olunan Sevinc Məhərrəmovanın şikayətini araşdırmamasıdır. Fəallar polis idarəsinin önündə “Sevincin qatili dövlətdir!”, “Qadın qətlləri siyasidir!” şüarları səsləndiriblər. Polis idarəsində jurnalistlərə və fəallara qarşı zorakılıq göstərildiyi iddia olunur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elşad Hacıyev deyib ki, saxlanılanlara qarşı heç bir zorakılıq baş verməyib.
Episodes
-
Oktyabr 05, 2024
Bakıda VII Animafilm Beynəlxalq Animasiya Festivalı keçirilir
-
Oktyabr 04, 2024
Lyuk Koffi: İsrail İranın raket hücumuna bir şəkildə cavab verəcək
-
Oktyabr 04, 2024
Sorğu: Azərbaycanda müəllimə yanaşma necədir?
-
Oktyabr 04, 2024
AŞPA Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edib