Accessibility links

ANİMAFİLM Festivalının qalibi Fransaya gedəcək


ANİMAFİLM Festivalının qalibi Fransaya gedəcək
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Bakıda IV Animafilm Beynəlxalq Animasiya Festivalı keçirilir. Festival 3-7 Sentyabr tarixlərində oflayn formada, üç fərqli məkanda - Kino Evi, Salaam Cinema və ARTIM Layihə məkanında baş tutmaqdadır. Bu il festivalda həm yerli həm də beynəlxalq animasiyalar müxtəlif kateqoriyalar üzrə yarışırlar. Festivalın qalibi isə gələn il Fransaya Annecy Beynəlxalq Animasiya Festivalına göndəriləcək. Festivalın qonaqlar üzrə koordinatoru Zəminə Əkbərova deyir ki, hər il olduğu kimi, bu il də ANİMAFİLM festivalı xüsusi bir mövzuya həsr edilib. Festival proqramı çərçivəsində animasiya filmlərinin nümayişindən əlavə, məşhur yerli və xarici multiplikatorlar tərəfindən keçirilən masterklasslar, vorkşoplar da daxildir. Təşkilatçılar pandemiya ilə əlaqədar olaraq auditoriyanın məhdud sayda olduğunu deyirlər.

XS
SM
MD
LG