Accessibility links

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il qadın qətllərinə həsr olunub


Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il qadın qətllərinə həsr olunub
please wait

No media source currently available

0:00 0:04:15 0:00

SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı - Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Festival yerli kinematoqrafçıları və bu sahəylə əlaqədar insanları sənədli filmə təşviq etmək,eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. Festivalın təsisçisi Aygün Rəşidova deyir ki, festival paytaxtdan kənar, bu cür tədbirlərin və fəaliyyətlərin insanlar üçün əlçatan olmadığı regionlarda təşkil olunur. Bu ilki buraxılışın mövzusu qadın ölümlərinə həsr olunub, festival bununla son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkmək istəyir. Tədbirdə beynəlxalq və yerli sənədli filmlərin nümayişi və müzakirələri təşkil olunub.

XS
SM
MD
LG